Azərbaycan Milli Mətbuatnın 151-ci ildönümü ərəfəsində İtaliyada Azərbaycanın ilk maarifpərvər qadınlarından biri, jurnalist, publisist, yazıçı, pedaqoq Şəfiqə Əfəndizadə (1883-1959) ilə bağlı kitab nəşr olunub.
Romanın Bastogi Libri nəşriyat evi tərəfindən 30 iyun 2026 tarixində 5000 nüsha tiraj ilə
çaptan buraxılan: “Kölgələrdən gələn səslər və baxışlar. Lina Pietravalle – Şəfiqə Əfəndizadə. Gözlənilməz yaxınlıqlar” adlı kitabın müəllifləri İtaliyan ve Azərbaycanlı iki ziyalı qadındır.
İtalyan jurnalist və yazıçı Maria Stella Rossi və həmyerlimiz, tarixçi, publisist Melaike Hüseyn, Avropadakı müəyyən sosial münaqişələrə yeni bir perspektiv gətirmək və cəmiyyətlərdə təhsil və hüquq bərabərliyinə nail olma prosesinə qadınların müsbət töhfələrini xatırlatmaq məqsədi ilə bu qeyri-adi əsəri hazırlayıblar.
Bunula belə, İtalıya’da nəşr olunan kitab haqda danışan müəllifi həmvətənimiz Melaike Huseyin, kitab haqda məlumat verərkən Şəfiqə Əfəndizadəni İtaliyan yazıçı Lina Pietravalle (1887-1956) ilə birgə tanıdmaqla dövründə fəallığı ilə təsiri yüksək olan iki qadını, coğrafi və mədəni konteksttən asılı olmayaraq oxşar şəkildə yaşadıqları zaman və mekənlara inqılab təsiri yaradan, amma sonra unudulub, ümumiyyətlə beynəlhalq miqyasda qeniş çaplı tanınmayan taleylərindən ötrü bir arada təqdim etməyi uyğun gördüklərini bildirip.
Melaike Huseyın qeyd edib ki: tarixi şəxsiyyətlər haqqında kitablar çox vaxt onların yaşadıqları sosial və coğrafi kontekstdə qalır. Lakin, digər müəllif Maria Stella Rossi ilə birlikdə biz işimizi çox fərqli, hətta gözlənilməz və özünə məhsus cəsarətli bir şəkildə təqdim edirik.
Kitabda yer alan iki qadın həm öz mühitində göstərilir, həm də dünyanın digər tərəfində fundamental hüquqlar uğrunda mübarizə aparan başqa bir qadının mövcud ola biləcəyini göstərmək üçün ikinci aktiv bir şəxs kimi təqdim olunur.
Maraqlıdır ki, bu iki qadın heç vaxt görüşməyiblər; onları birləşdirən yeganə şey yaşadıqları dövr idi. Buna görə də, istər Avropada, istərsə də Qafqazda yaşamalarından asılı olmayaraq, onların dövrünü bu ikili perspektivdən yenidən araşdırmaq olduqca maraqlıdır.
Çox vaxt sosial problemlərin coğrafi yerlərin yerli xüsusiyyətlərindən qaynaqlandığı düşünülür. Lakin, qadınlar üçün keçmişi zaman və məkan baxımından mücərrədləşdirmədən qiymətləndirmək vacibdir ki, bir vaxtlar böyük çətinliklə qazanılan hüquqların bu gün necə getdikcə daha çox dəyərsizləşdirildiyini başa düşə bilək.
Ümid edirik ki, fəaliyyətləri, dünyagörüşü, istəkləri və nailiyyətləri ilə dövrünün şərtlərini nəzərə alaraq misilsiz dözümlülük nümayiş etdirən bu iki qadının hekayələrini oxumaq, oxucularımızın qadın kontekstındə kimi tarixi və intellektual proseslerin əhəmiyyətini anlamasına dərin təsir göstərəcəktir.
Qeyd edək ki, dövrün nüfuzlu mətbuat orqanlarında (“Şərqi-Rus”, “Həyat”, “İrşad”, “Molla Nəsrəddin”, “Diriliş”, “Məktəb”) məqalələr və mühtəlif publisistik yazıları ilə çıxış etmiş Şəfiqə Əfəndizadə haqda indiyə kimi Azərbaycan xaricində kitab nəşr edilməyib.