Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova bölgədə fəaliyyət göstərn kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirib.
Kanal32.az xəbər verir ki, görüşü açıq elan edən Regional İdarəsinin rəisi Vəsilə Möhsümova ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində milli mətbuatımız yeni-yeni nailiyyətlər qazanmaqdadır. Prezidentin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin yaradılması mətbuatımızın daha da inkişafına xidmət edəcək.
İdarə rəisi həmçinin onu da qeyd edib ki,Bərdə, Tərtər, Yevlax və Mingəçevir Aran Qarabağ zonası kimi çox mühüm strateji bir məkanda yerləşir: “Bu məkanda əməkdaşlıq platforması çərçivəsində işlər qurulmalıdır. Hesab edirəm ki, bu nöqteyi-nəzərdən keçirilən görüş səmərəli və faydalı görüş olacaq. Ümid edirəm ki, görüşdə təklif olunan fikirlər nəzərə alınacaq və sizinlə yaxşı əməkdaşlıq qura biləcəyik”.
Tədbirdə çıxış edən mətbuat nümayəndələri görüşün əhəmiyyətini qeyd edərək bildiriblər ki, belə görüşlər KİV nümayəndələri ilə regional idarənin əməkdaşlığını artıraraq onlar arasında əhəmiyyətli körpü rolunu oynayacaqdır. Onlar, həmçinin çıxışlarında Bərdə Regional Mədəniyyət İdarəsinin, onun fəaliyyətinin işıqlandırılması zamanı dövlət və milli maraqları daim diqqətdə saxlayaraq, bundan sonra da öz vəzifələrini layiqincə yerinə yetirəcəklərini diqqətə çatdrırıblar.
Eyni zamanda bir çox muzeylərin qapılarının bağlı olması, medianın Regional Mədəniyyət İdarəsi ilə iş birliyinin qurulması, şəhidlərlə bağlı muzeylərin yaradılması, Rəsm Qalareyasının bərbad vəziyyətdə olması, Mingəçevirdə inşa olunan və ölkədə ilk olan Dövlət Rəmzləri Muzeyinin ziyarətçilərinin üzünə bağlı qalması və digər aktual mövzulara toxunulub.
Sonda KİV nümayəndələri ilə qarşılıqlı fikir mübadiləsi aparılıb, səsləndirilən təklif və tövsiyələri dinlənilib və onlarla xatirə şəkli çəkdirilib.
Kanal32.az