17 oktyabr 2020-ci il tarixində Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən raket atəşinə tutularaq, mülki əhaliyə qarşı 5-ci terror aktının törədildiyi gündür.
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşları Gəncə şəhərinə rəsmi səfərləri çərçivəsində terror hadisəsi zamanı dağıdılmış ərazini ziyarət etmişlər.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin mülki şəxsləri hədəf alan beşinci hücumu zamanı Gəncə şəhərinin 15 günahsız dinc sakini şəhid olmuş, 55 nəfəri isə yaralanmışdır.
Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn bütün qəhrəman oğul və qızlarımıza, günahsız körpələrə Allahdan rəhmət diləyirik.