Qırğızıstanın “turktoday.info” informasiya agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin İkinci Şuşa Qlobal Media Forumundakı çıxışını geniş şəkildə işıqlandırıb.
Kanal32.az AZƏRTAC-a istinadən xəbər verir ki, agentlik Azərbaycanın dövlət başçısının Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatarın bu yaxınlarda Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirakı ilə bağlı dediklərinə xüsusi diqqət çəkib.
Azərbaycan Prezidentinin Kipr türklərinə dəstək bəyanatının Türkiyə Silahlı Qüvvələrinin Kiprdə sülhün təmin edilməsi üzrə əməliyyatının başlanmasının 50-ci ildönümündə səsləndirildiyi vurğulanıb.
Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının inkişaf perspektivləri ilə bağlı fikirləri də yüksək qiymətləndirilib.
Yaxın Şərqdəki vəziyyətə, xüsusilə Fələstin dövlətinə münasibətdə Azərbaycan liderinin sözlərinə xüsusi diqqət yetirilib.
Həmçinin Prezident Pakistan mediasından hər zaman qardaş dəstəyi gördüyünü vurğulayıb.
Bundan başqa Prezident İlham Əliyev deyib: “Biz istəyirik ki, Azərbaycanda keçiriləcək COP29 həmrəylik tədbiri olsun”.