Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin illik fəaliyyətlər planına uyğun olaraq qurumun tabeliyində olan Mingəçevir Regional Laboratoriyası tərəfindən genişmiqyaslı maarifləndirmə işləri davam etdirilir.
Kanal32.az-ın məlumatına görə,maarifləndrimə tədbiri çərçivəsində ilk seminar Ağdaş Rayon Mərkəzi Xəsətəxanasında müxtəlif şöbələrdə çalışan həkimlərin və tibbi heyətin iştirakı ilə baş tutub.
Toplantını giriş sözü ilə EL TV-nin aparıcı-redkatoru,Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü İnqilab Şirinli açıb. Bu qəbildən olan görüşlərin tibb müəssisələrində keçirilməsinin əhəmiyyətindən danışıb.
Sonra çıxış edən Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Mingəçevir Regional Laboratoriyasının müdiri Yeganə Aslanova bildirib ki, hər il may ayında bütün dünyada QİÇS qurbanlarının anım günün kimi qed olunur. O həmçinin diqqətə çatdıb ki, İİV infeksiyası və QİÇS assosiasiyalı xəstəliklərin erkən diaqnostikası, müalicəsi İİV/QİÇS-lə mübarizədə aktual problemlərdəndir.Ona görə də, İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) ölkəmizdə yayılmasının qarşısının alınmasında, bu sahədə çalışan həkimlərin və digər tibb işçilərinin üzərinə böyük məsuliyyət düşdüyündən əhalinin təhlükəsiz həyat tərzi barədə biliklərinin artırılması olduqca vacibdir.
Yeganə Aslanova iştirakçılara İİV-ə nəzarətin qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi, eləcə də tibbi etika, təhlükəsizlik qaydaları və dezinfeksiya məhlullarından düzgün istifadə ilə bağlı ətraflı Səhiyyə Nazirliyinin və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin müvafiq tövsiyələrini də çatdırıb.
İnteraktiv şəraitdə keçən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb və müzakirələr aparılıb.
Maarifləndrimə tədbiri çərçivəsində ikinci görüş Ağdaş Dövlət Humanitar Kollecində müəllim və tələblərin iştirakı ilə keçirilib. İştirakçıları salamlayan tədbirin moderatoru İnqilab Şirinli bildirib ki, tələblərinin iştirakı ilə keçirilən bu görüşün əsas məqsədi gənclərimizi zərərli vərdişlərdən uzaq tutmaq, onları narkomaniya bəlasının, QİÇS və HİV virusunun törətdiyi ölümcül təhlükələr barədə məlumatlandırmaqdır.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Mingəçevir Regional Laboratoriyasının müdiri Yeganə Aslanova İİV-İnsan İmmun virusu və QİÇS- Qazanılmış İmmun Çatışmazlığı Sindromu haqqında geniş məlumat verib. Slayd vasitəsi ilə real faktları iştirakçıların diqqətinə çatdırıb. Azərbaycanda bu sahədəki mövcud vəziyyətdən və təhlükələrdən danışan həkim onu da bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə dünyada 40 milyona yaxın insan HİV virusunun daşıyıcısıdır və həmin insanların yüzdə 60-ı antiretrovirus terapiyası alır. Təhlükə bir addımlığımızda olsa da, ondan qorunmaq, onunla mübarizə aparmaq öz əlimizdədir. Ona görə də, xüsusən,gənclərimizi məlumatlandırmaq, maarifləndirmək olduqca vacibdir.
Yeganə Aslanova xəstəliyin yayılma təhlükəsinə və virusdan qorunmağın yollarına diqqət çəkərək vurğulayıb ki, virusa yoluxmuş insanların immunitetinin kəskin zəifləmə baş verir.Bu da öz növbəsində bir çox xəstəliklərə asanlıqla tutulmanı qaçılmaz edir və nəticədə ölüm riskinin artır.
Məlumatlandırma təqdimatından sonra müəllim və tələblərin sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb. Tələblər təklif ediblər ki,səyyar laboratoriya olarsa,onlar könüllü müayindən keçməyə hazırdılar.
Sonda İnqilab Şirinli maarifləndirmə tədbirinin təşkilində göstərdiyi dəstəyə görə Ağdaş Rayon Mərkəzi Xəstəxanasının, Ağdaş Dövlət Humanitar Kollecinin rəhbərliyinə və Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinə minnətdarlığını bildirib.
Kanal32.az