Qaraguruhun zülmət inqlabı dünyəviliyi, aydınlığı yıxarmı?!

Bu həqiqətləri bilmək vacibdir. Rusiya və 1-2 böyük dövlət İranın və 1-2 orta dövlətlərin əli ilə Yaxın Şərqdə HƏMAS-İsrail arası münaqişə qığılcımlandırıb böyük alov yaratma ssenarisi qurublar. Ssenari hələ ki, effektli və cəlbedici gedişatlı görünür. Dünya, dini qaraguruhunu və İran tipli dövlətləri anormal eyforik əhvala gətirməklə. Və hətta bu dünyanın vektorunu dəyişmək, dünyaya hakim olmaq səviyyədəki “qazagəlmə” həddinədək. Yəni, qaraguruhun ağguruhu, xurafatın intellekti, varvarlığın sivil yaşamı yıxma qlobal çevrilişi əhvalı həddində.

Bu saxta “qazagəlmə” əhvalı, əl-ayağa düşmə təəssüf ki, qardaş Türkiyəyə və bizim ölkəmiz Azərbaycana da sıçrayıb. Hətta qeyri-dindar və qeyri-qaraguruh xassəli insanları da axına qoşub bu fırtına. Ancaq bunu bilək, düşünək. Bütün bu, həvəsəgətirmə görüntüləri, “cihad” proseslərnə dərin və geniş baxılırsa, belə izafi coşqunu yaradan fırtına, stəkandakı flrtınadır, əslində. Və realda bu dünyanın ağıl, zəka, elm, texnika, intellekt üzərində qurulmuş dayaqları çox möhkəm, imkanları da çox, xeyli güclüdür! Xaoslu qaraguruhçuluqla ortaya düşmək, orta əsrlər xurafatı, geosiyasi xuliqanlıqla müasirlik, dünyəvilik, demokratiya üzərində qalib olmaq mümkünmü? Müasir dünyanı, orta əsrin avam cahiliyi həddinə necə salasan? Allahın yaratdığı gedişatın tarixin təkərini geri çevirmək olurmu? İşıqlı Almaniyadan zülmət İran, Atatürk Türkiyə Cumhuriyyətindən Taliban Əfqanıstanı çıxarmı?

Çox çəkmədən, stəkandakı bu fırtına yatacaq. Sivil dünya öz təşkilli, təmkinli metodları ilə bu geosiyasi xuliqan avaraları yerlərinə oturdacaq. Hər şey, dünya düzəni də, qaydasına düşəcək. Və çox həvəsə gəlib özünü yalançı yüksəkliklə uçurdub, ordan da yerə vurmaq ağrılı ola bilər. Sakit axan dup-duru dağ çayı bir də görürsən bulanıq şiddətli selə çevrilir, amma müvəqqəti. Selin qabağına düşüb, qabağına çıxanı vurub, yıxan qara daşlar sel bitir, kənarda tənha qalır.

İlqar Altay

Hüquqşünas-kriminalist