Qarabağ qazisindən icra başçısı ilə bağlı Prezidentə şok müraciət-VİDEO

Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Mingəçevir filialının sədri, II dərəcəli Qarabağ müharibəsi əlili Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun cəzalandırılması üçün ölkə Prezidenti, Ali Baş komandan İlham Əliyevə müraciət ünavanlayıb.

Kanal32.az həmin müraciətin həm yazılı, həm də video formasını təqdim edir:

Möhtərəm cənab Prezident!

Mən, Cəfərov Oktay İsa oğlu, II qrup müharibə əlili, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Mingəçevir filialının sədri kimi Sizə müraciət edirəm. Çox xahiş edirəm ki, mənim bu müraciətimi diqqətlə dinləyəsiniz. Cənab Prezident, Siz hər zaman bütün görüşlərdəki çıxışlarınızda bildirmisiniz ki, vəzifəsindən və kimliyindən asılı olmayaraq bütün məmurlar xalqa və dövlət xidmət etməlidir. Xüsusən də icra başçıları…Amma Mingəçevirdə hər şey əksinədir. Çünki təyin olunduğu gündən indiyə kimi icra başçısı İlham İsmayılov sanki mingəçevirlilərdən qisas almağa gəlib. Adam hər vəchlə şəhər sakinlərinin yaşmasına, dolanmasına maneçilik törədir. Kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin əksəriyyətinə qarşı aqressiv münasibət sərgiləyir, onların fəaliyyətinə əngəllər törədir. Mən hələ icra başçısının Qarabağ müharibəsi iştirakçılarına, qazilərə, Şəhid ailələrinə olan ögey və qaba münasibətini demirəm. Bununla bağlı ölkə mətubatında kifayət qədər danışılıb, yazılıb. Ancaq nədənsə onun aparatdakı komsomulçu dostları İlham İsmayılovun bu əməllərini hələ ki ört-basdır etməyi bacarırlar.

   Möhtərəm cənab Prezident!

Mingəçevirin icra başçısı İlham İsmayılov şəhər rəhbəri kimi 3 illik fəaliyyəti dövründə işsiz əhalinin məşğulluğunun təmin olunması istiqamətində heç bir addım atamayıb. Onun işi yaşayış binalarının birinci mərtəbəsini satmaqdan, şəhərin bəzi küçələrində və binların girişində kosmetik təmir aparmaqdan və özünə yaxın adamların istehsal etdiyi bardürlər almaqdan ibarət olub.  Ancaq iş yeri açmaq istəyən sahibkarların fəaliyyətinə mane olmaqla onlara məxsus obyektləri sökdürür, eyni zamanda onları hüquq-mühafizə orqanları ilə üz-üzə qoyur. Məhkəmə qərarı olmadan kiçik sahibkralra məxsus tikililəri, kiçik ölçülü səyyar köşkləri sökdürür. Ən diqqətçəkən məqam isə İlham İsmayılovun qazilərə, veteranlara məxsus obyektlərə qarşı olan aqressiv münasibətidir, hətta onları prokurorluğa da verib. Mingəçevir şəhər prokurorluğu belə icra başçısının yersiz və qarşıdurma yaradan müraciətlərindən bezib.

İcra başçısının müdaxilə etdiyi və qərəzli şəkildə mane olduğu sahibkarlardan biri də bizim Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin fəxri üzvü, hər ay rəsmi qaydada ictimai birliyə maddi yardım edən kiçik sahibkar Babək Abdullayevdir. İcra başçsının göstərişinə görə 5 nəfərin işlədiyi (beş ailənin dolandığı) səyyar Dönər koşkü təcili sökülməlidir. Baxmayaraq ki, həmin səyyar köşk sahibkara məxsus çayxananın ərazisində yerləşir və heç bir arxetektor problem yaratmır. İş fəaliyyəti zamanı bütün sanitar və gigiyenik qaydalara əməl olunur. Ancaq şəhərdə yüzlərlə qanunsuz inşaat işləri (Kür çayının içərisini də satıblar), memarlıq tələblərinə cavab verməyən yöndəmsiz tikililər oldğu halda, icra başçısı məhz əlillərə xidmət edən sahibkara mane olur.

Cənab Prezident, indi Siz deyin, bu addımın adı nədir??? Qarabağ savaşının iştirakçıların, Şəhid ailələrinə qarşı aqressiv münasibət onları dövlətdən, Ali Baş komandandan narazı salmaq 5-ci kalona xidmət etmək deyilmi??? Haqqı pozulmuş yüzlərlə qazi, veteranın adından Sizdən xahiş edirəm ki, icra başçısı İlham İsmayılovun cəzalandırılması üçün rəsmi tədbir görəsiniz.

Məlumat üçün bildirək ki,Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhərdəki qanunsuz tikililərlə bağlı bir neçə dəfə öz mövqeyini açıqlayıb. İcra başçısı  avqustun 10-da şəhərin Ərəş- Nərimanov və Puşkin -Nərimanov küçələrində görülən işlərə baxış keçirən zaman bəyan edib ki, icazəsiz inşaa edilən tikililərə qarşı mübarizə çərçivəsində qurum olaraq bir sıra addımlar atıblar. Bundan sonra da müvafiq tədbirlərin görülməsi üçün fəaliyyətlərini davam etdirəcəklər. Hər kəsi qaydalara riayət etməyə çağırırıq.

“Kanal32″nin İnformasiya şöbəsi