Qarabağ atları-Səməd Vəkilov yazır

Qarabağ atlarının tarixi qədimdə Azərbaycan ərazisində təşşəkül tapmış (eramızdan əvvəl birinci min illiyi əhatə edən) Manna, Midiya, Atropatena və Albaniya dövründə onlardan müxtəlif məqsədlər üçün istifadə edildiyini əks elətdirən mənbələr mövcudur. Tarixçi Heredotun əsərlərində Midiya ərazisində atalrın yetişdirilməsi ilə bağlı fikirlər yer almaqdadır.

Azərbaycan Respublikasına məxsus milli at cinsi olan Qarbağ atları öz adını Azərbaycan ərazisinidə Kür və Araz çayları arasında yerləşən qədim Azərbaycan ərazisi olan Qarabağdan götürmüşdür. Qarabağ atları Asiya və Qafqazda ən qədim at cinsi hesab edilir. Növünə görə dağ-minik at cinsidir. Qarabağ at cinsi Qarabağın əsararəngiz gözəlliyi və təmiz havası suyu ilə yetişdiyi üçün dünya at cinsləri içərisində xüsusi yer tutur. Qarabağ atları ilə bağlı tarixçilər tərəfindən çoxlu tətdiqatlar aparılmışdır. Tarixçilərin qənaətinə görə eramızdan əvvəl I minillikdə Azərbaycan ərazisində mövcud olmuş Manna, Midiya, Atropatena dövrlərində atlardan geniş istifadə edilmişdir. Xüsusilə Midiya dövründə atçılıq daha geniş inkişaf etmişdir. Tarixçi Heredotun məlumatına görə Midiyada Nesey adlanan geniş ərazidə (Xəzərin cənubi qərbində) atçılıq geniş yayılmışdır. Tədqiqatçılar hesab edir ki, Qarabağ at cinsi öz kökünü qədim Nesey ( bəzi tədqiqatçılar Nisey adlandırılar) atlarından götürmüşdür. Müəyyən tarixi zaman keçdikdən və təkmilləşmədən sonra Nesey atları iki qola ayrılmışdır. Birinici qol türkmən (axaltekə) qolu, ikinci qol isə Azərbaycan Qarabağ atlarına ayrılmışdır. Tarixi mənbələrdə Ərəb xilafəti və Əmir Teymur dönəmində on minlərlə Qarabağ atlarının Azərbaycan ərazisindən aparılması faktı da öz əksini tapmışdır. Bu isə hələ qədim dönəmlərdən Azərbaycan atları və o cümlədən Qarabağ və Dilboz atlarının nə dərəcədə mükəmməl at cinsləri olduğunu subuta yetirir.

Qarabağ atlarının ümumi və xarakterik xüsusiyyətləri

Tipik dağ-minik atıdır. Qurluşu sıx və quru, başı balaca, gözəl və quru. Alnı bir qədər qabarıqdır. Bədən qurluşu müntənasib olmaqla konstruksiyası quru və möhkəm, temparamentli canlı və oynaqdır, təlimə həssasdır. Gözləri iri və mənalı, qulaqları orta ölçüdə və hərəkətlidir. Boyunu dik və düzgün qurluşlu, döşü dərin və enli, beli düz, ayaqları quru, orta ölçüdədədir. Dirnaqları incə lakin möhkəmdir. Dərisi incə, tükü nazikdir. Cilov hündürlüyü 145-155 santimetrdir. XIX əsrdə Azərbaycana gələn atcılıq mütəxəsisi alman mənşəli İrmer Qarbağ atlarından böyük heyranlıqla bəhs edərək qarbağ atlarının rəngi barədə yazır: “Kürən, kəhər, limon sarısı, qızılı və gümüşü parıltıya (atlas parıltısı) nadir hallarda ağ olurdu. Bununla belə, ən gözəl açıq limon sarısı, qızılı parıltısı ilə “Narıncı” adı ilə tanınır. Çox zaman “Narıncı” ilə qızılı parıltısını səhv salırlar. İppoloq Hutten Çapski 1876-cı ildə nəşr olunmuş “Die Geschichte des Pferdes” (“Atın tarixi”) kitabında yazırdı: “Köhlən adlanan təmizqanlı Qarbağ atlarının xüsusiyyəti onun rəngidir. Yerli əhali onları narıncı adlandırır və heç bir dildə bu sözə rast gəlinmir.Bu rəng “İzabella” rənginə çox yaxındır. Köhnə mənbələrdə Qarabağ atlarının rəngi aşağıdakı şəkildə izah olunurdu:

Sarı-kürən,

Sarı-kəhər,

Sarı-qara-kürən,

Sarı-açıq.

Narıncı rəngli köhlənlər şimali İran xanlıqlarında və müsəlman əyalətlərində qızılı “Sarılar”ın yazılmasına səbəb olmuşdur. Qızılı atlar mütəxəxsislər və yerili əhali tərəfindən aşağıdakı rənglərə bölünürdülər.

  1. Qalın sarılar-tünd qızılı
  2. Sarılar-birinci növ cinsli,
  3. Sarılar cinsi var-qızılı, cinsi
  4. Cinsi sarılar – əsl cinsi qızılı və köhlən sarılar – təmizqanlı qızlı. Ən sadə tündlərə “qalın” yük tipli atlara isə “yabı” deyilirdi.

Qarabağ atları ilə bağlı “Qarbağ atları tarix və incəsənətdə” əsərində müxtəlif aspektlərdən dərin tədqiqat aparan heykəltaraş Faiq Hacıyevin bu mövzuda maraqlı fikirlərinə rast gəlirik. F.Hacıyev: “Azərbaycanın paytaxtı Bakıdırsa ruhumuzun paytaxtı Şuşadır” söyləməklə Qarbağ atlarına olan mənəvi marağını bildirir. Həmçinin atçılıq və atüstü oyunların tədiqatına nəzər yetirsək “Azərbaycan atçaparları və atüstü milli oyunlar” kitabının müəllifi Fikrət Hüseynovun da adını çəkmək yerinə düşərdi. Qeyd edək ki, hər iki müəllifin əsərlərindən Çovqan və Qarabağ atları bölməsində istifadə edilmişdir.

Qarbağ atlarının damğaları

Atların arxa sol buduna vurulan damğalar atların kimə məxsus olmasını bildirirdi. Mehdiqulu xanın damğası onun “Mehdi” adının rəsmidir və onun ölümündən sonra da arvadları tərəfindən dəyişmədən qalmışdır. Mehdiqulu xanın qardaşı oğlu Cəfərqulu xanın damğasi “Cəfər” adının təsviridir.

Tarixi və ədəbi mənbələrdə Qarbağ atları

Qarabağ atları tarixi və ədəbi mənbələrdə geniş şəkildə öz əksini tapmışdır. Bunların içərisində maraq doğuran mənbələrin bəzilərini sizin diqqətinizə çatdırırıq.

Şübhəsiz Azərbaycan tarixşünaslığında mühüm əhəmiyyətə malik mənbələrdən sayılan “Qarabağnamələr”də Qarbağ atları haqqında sistemli bir baxış olmasa da Qarbağ xanlığının heyvandarlıq təssərüffatı konteksində baxılmalıdır. Rzaqulu bəy Mirzə Camal оğlu da Qarabağ atlarının İran və Türkiyədə şöhrət tapdığını, xanın ilxısının sayının ayğırlardan savayı, 3500-dən çоx dоğar madyandan ibarət оlduğunu qeyd etmişdir.

“Qarbağnamələr”də göstərilən məlumata görə 1832-ci ildə Qarabağ əyalətində 250 ayğırı və 1400 madyanı оlan 11 atçılıq zavоdu mövcud olmuşdur. Bu isə həmin dövrun atçılıq təsərüfatının ümumi mənzərəsini öyrənmək üçün kifayət qədər ciddi material verir.

Bundan başqa, Xalq şairimiz Bəxtiyar Vahabzadə 1976-cı ildə İngilitərə Kraliçası II Yelzavetaya bağışlanan “Zaman” adlı qarbağ atına “Qarbağ atı” balladasını həsr etmişdir.

Klassik rus şairi Aleksandr Sergeyeviç Puşkin 1829-cu ildə Ərzurum səyahətindən sonra belə söyləmişdir: “Cavan rus çinovnikləri Qarabağ ayğırlarının belində gəzirdilər”.

Görkəmli rus rəssamı Vasili Vereşşaqin 1865-ci ildə Şuşanı səyahət etdikdən sonra qarbağ atları haqqında belə yazırdı: “Şuşanın yaxınlığında Mehdiqulu xanın qızının böyük, qədimi evi vardı və bayram tədbirlərinə xüsusi təmtəraq bəxş edən ən bahalı və əzəmətli görkəmli atlar ona məxsus idi. Qeyd edim ki, Qafqazda hərbi qulluqda olan rus general və məmurları da Qarabağ atlarından faydalanırdılar”.

M.F.Axundovun “Müsyo Jordan və dəvriş Məstəlişah” əsərində Qarabağ atlarından olan İldırım xatırlanır.

Valentin Katayevin “Skulyanada qəbirsanlıq”, Akaki Beliaşvilinin “Besiki” tarixi romanında da Qarabağ atları xatırlanır.

M.Y.Lermantov “Demon” şerində Qarabağ atı tərənnüm olunmuşdur.

Yəhərə salınmış ipəkdən naxış,

Qantarğası ondan geri qalmamaış,

Köhləni altında cilov gəmirir,

Bu at Qarabağın yetirməsidir.

(tərcümə R.Rzaya aiddir)

Qarbağ atlarının tədqiqatçılığına nəzər yetirdikdə Rusiya Dövlət Atçılıq zavodları Birliyi müdiriyyətinin xahişi ilə Qarabağ atlarını tədqiq etmiş polkovnik K.A.Diterixsin yazmış olduğu “Qarabağ atçılığına bir baxış” məqaləsindən söhbət açmamaq mükün deyil. 1866-cı ildə “Konnozavodstvo” jurnalında çap edilmiş “Qarabağ atçılığına bir baxış” məqaləsini orta əsrlərdə və XIX əsrdə Qarabağ cinsinin vəziyyəti barədə yazılmış ilk elmi məqalə hesab etmək olar. K.A.Diterixsin Qarabağ atlarının təşəkkül tapmasını və cins kimi formalaşmasını burada yaşayan insanların yalnız maddi-təsərrüfat ehtiyacları ilə deyil, əsrlərdən bəri onların həyat tərzi, mədəniyyəti və milli adət-ənənələrindən irəli gələn amillərlə sıx bağlı olduğunu vurğulayır.

Qarbağ atlarının yayılma arealları

Qarbağ atlarının yüksək minik kefiyyəti, temparamentliyi gözəlliyi ona dünya şöhrəti qazandırmış. Həmçinin Qarbağ coğrafiyasından çox-çox uzaqlara yaılmasına səbəb olmuşdur. 1805-ci ildə Qarbağ xanlığı işğal edilərək Rusiya İmperiyasının tərkibinə qatıldıqdan sonra damazlıq at kimi Rusiya atçılıq zavodlarına aparılmışdır. Qarabağ atları hələ I Pyotur dönəmində yaradılmış Həştərxan atçılıq zavoduna damazlıq məqsədilə aparılmışdır.

Qarbağ atlarının növləri və adları

Xan zavodlarında Qarbağ atlarının əsasən Maymun, Qarnıyırtıq, Əlyetməz növləri mövcud olmuşdur. Həmin atlardan aşağıda göstərilən adda olan atlar törəmişdir.

Xan, Zaman, Sarvan, Qar-qar, Qarnıyırtıq, Toxmaq, Əlyetməz , Maymun, Sürməli, Ceyran, Cavad, Pəhləvan, İbrahim, Aristokrat,Vesyolıy, Qordıy, Şərbət, Şutnik, Şeytan, Can, Durujok, İnək, İstukan, İnqur, Cem, Justin, Minaxor, Dadjal, Derji , Centlmen, İmmortel,Can-Yataq, Ceyran I, Ceyran II, Şərif.

Qarabağ atlarının müxtəlif növlərindən olan atlar dünyada bir sıra yarışmalarda Liston, Siqnal, Naliv adları ilə dünyada rekord göstəricilərə imza atmışlar.

Qarbağ atları Avropada

1956-cı ilə Sovet İttifaqı Komunist Partiyası Mərkəzi Komitəsinin I katibi Xruşşovun Böyük Britaniyanın kraliçası Yelizavettaya qızılı rəngli Zaman adlı Qarabağ atını hədiyyə göndərməsi ilə Qarabağ atlarının Avropaya gedişi başlamışdır.

Amma Britaniyada at xəstələnir. Atın xəstəliyi ilə bağlı olaraq baytarlar deyirlər ki, at vətənin həsrətini çəkir və onun başqa heç bir xəstəliyi yoxdur. Bir müddət sonra isə Zaman adlı at Qarabağ – vətən həsrəti çəkərək ölür.

“İG Karabagh and Eurasian horse breeds” 

Almaniyada fəaliyyət göstərən “İG Karabagh and Eurasian horse breeds” (Qarabağ və Avrasiya at növlərinin dəstəklənməsi və inkişafı təşkilatı) təşkilatının prezidenti Verena Şolian, vitse-prezident Silke Ehrenbergerdir.

Verena Şolian əslən Almaniyadandır və bütün həyatı boyu atlarla maraqlanıb. 1990-cı illərin əvvəllərində o, Azərbaycanın Qarabağ atı cinsini özü üçün kəşf edir. Bu növün gözəlliyi və dözümlülüyü onu valeh etmişdi və 1994-cü ildən başlayaraq, özü Qarabağ atı cinsini saxlamağa və yetişdirməyə başlayır.

Verena Şolian xanımın Qarbağ atlarına olan heyranlığının maraqlı hekayəsi var. Belə ki, 1989-cu ildə Almaniyada satılan İnturist adlı Qarabağ at cinsini alan Verena xanım at cinsinin şəcərəsi ilə maraqlandıqda qəribə mənzəri ilə qarşılaşır. Məlum olur ki, bu at cinsi vaxtilə SSRİ-rəhbəri Nikita Xuruşovun İngiltərə Kraliçası II Yelzavetaya bağışladığı Zaman adlı Qarabağ atı cinsindəndir. Bundan sonra alman xanımın bu at növünə marağı artıb.

Təşkilatda yetşidirilən at növlərinə maraqlı adlar qoyulmuşdur. “Sağol”, “Salam”, “İlkut”, “Ağdam”, “Şahin”, “Sabah”, “İpək”.

Təşkilatın Azərbaycan üzrə təmsilçisi Azərbaycan Respublikası Atçılıq İdman Məktəbinin yetirməsi, məşqiçi, təlimçi Günay Rəhmibəylidir. G.Rəhimbəyli öz fəaliyyətində Qarabağ atlarının qorunması ilə bağlı Azərbaycan Respublikasında həyata keçirilən dövlət proqramının tezisilərini rəhbər tutur. Həmçinin G.Rəhmibəlyi Qrabağ at növlərinin mühafizəsi, öyrənilməsi və artırılması ilə bağlı Azərbaycanla təşkilat arasında kordinasiya fəaliyyətini həyata keçirir

Qarbağ atlarının qorunması ilə bağlı dövlət siyasəti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 oktyabr 2007-ci il tarixdə (Qərar №160) “Atçılığın inkişafı üzrə Proqramı” təsdiq edilmişdir. Həmin proqramın giriş hissəsində Azərbaycan atçılığının tarixindən, aqrar islahatlar konteksində atçılığın inkişafının zəruriliyi vurğulanır. Proqramın giriş hissəsində deyilir: Azərbaycan atın əhliləşdirildiyi və atçılığın təşəkkül tapdığı ən qədim ölkələrdəndir. Tarixin müxtəlif mərhələlərində cəmiyyətin, iqtisadiyyatın və təsərrüfat münasibətlərinin inkişafı, habelə müxtəlif hərbi-siyasi proseslərin təsiri atçılığın inkişafına öz təsirini göstərmişdir.

Azərbaycanın Qarabağ bölgəsində Pənah xanın, Mehdiqulu xanın, Cəfərqulu xanın at zavodlarında Qarabağ cinsinin, qərb bölgəsində isə Dilbazilərin at zavodlarında Dilbaz cinsinin formalaşdırılması və təkmilləşdirilməsi üzrə əsaslı işlər aparılmışdır.

Bir çox tarixi faktlar göstərir ki, dünyada ən geniş yayılmış ərəb atlarının, təmizqanlı ingilis minik atlarının cins kimi formalaşmasında Azərbaycan atlarının da müəyyən rolu olmuşdur. Ən qədim dövrlərdən Azərbaycandan İrana, Ərəb ölkələrinə, Rusiyaya, Avropaya çoxlu miqdarda madyanlar və törədici ayğırlar aparılmışdır. Bütün bunlar Azərbaycanda mədəni atçılığın dərin köklərinin olmasını sübut edir. Hazırda dünyada mövcud olan 260 at cinslərinin ikisi – Qarabağ və Dilbaz at cinsləri Azərbaycana məxsusdur. Müasir dünyada elmin, texnikanın sürətli inkişafına baxmayaraq, atçılığa maraq nəinki azalmamış, hətta ən gəlirli biznes sahələrindən birinə çevrilmişdir. Bu, ilk növbədə, damazlıq atçılığının inkişafı sayəsində mümkün olmuşdur.

Qeyd edildiyi kimi, ən qədim dövrlərdən ölkəmizin atçılığın vətəni sayılan ölkələrdən biri olmasına baxmayaraq, zavod atçılığının, atçılıq idmanının və turizmin əsaslı inkişafına nail olunmamış, atçılıq gəlirli biznes sahəsinə çevrilməmişdir.

Xalqımızın ata olan sevgisi, qədimdən atın şərəf rəmzi kimi qəbul edilməsi, ölkəmizin əlverişli təbii-coğrafi şəraiti, idmana və qeyri-neft sahələrinə diqqət və qayğının artması, bu sahənin əsaslı surətdə inkişaf etdirilməsinə zəmin yaradır.

Respublikamızda aparılan aqrar islahatlar atçılıq sahəsinə də kəmiyyət və keyfiyyət cəhətdən öz müsbət təsirini göstərə bilmişdir.

Hazırda ölkəmizin ən qədim at cinsləri yetişdirilən Qarabağ və Dilbaz atçılıq zavodlarında, Şəki rayonundakı “Daşüz” damazlıq müəssisəsinin at fermasında, habelə Bakı Cıdır meydanında bu sahədə bir sıra işlər həyata keçirilir.

2007-ci il yanvarın 1-nə olan məlumata əsasən respublikanın bütün təsərrüfat kateqoriyaları üzrə 69984 baş at yetişdirilir. Bunlardan 368 baş (0,52%) damazlıq atçılıq təsərrüfatlarına, qalan 69616 başı isə (99,48%) özəl qurumlara məxsusdur.

Dövlət damazlıq zavod və təsərrüfatlarında 2007-ci il 1 yanvar tarixinə qədər cəmi 368 baş damazlıq at, o cümlədən 9 baş törədici ayğır və 91 baş madyan olmuşdur.

Ölkədə yetişdirilən atlardan orta hesabla 20-22 faizini Qarabağ, 14-16 faizini Dilbaz, 8-10 faizini Quba yorğası, Şirvan atlan və Kiçik Qafqaz atları, 1 faizə qədərini təmizqanlı ingilis, ərəb və digər beynəlxalq at cinsləri, qalan 50 faizə qədərini isə qeyd olunan cinslərin mələzləri, habelə cinsi itmiş atlar hesab etmək olar”.

Sözügedən dövlət Proqramı bu sahənin maliyyələşdirilməsi mənbələri, monitorinqi və qiymətləndirilməsi, gözlənilən nəticələr, tədbirlər planı ayr-ayrı bölmələrdən ibarət olmaqla elmi-praktik komleks tədbirləri nəzərdə tutur.

Proqramda dünyada mövcud 260 at cinsi arasında Azərbaycana məxsus olan iki populyar at növü olan Qarabağ və Dilbaz at cinslərinin mühafizəsi, təkminləşdirilməsi, artırılması gələcək nəsillərə çatdırılması startegiyasını müəyyən edilir.

Təsadüfi deyil ki, Proqramın gözlənilən nəticələr bölməsində qeyd edilir: “Proqramda nəzərdə tutulan kompleks tədbirlərin həyata keçirilməsi, onun icrasına ciddi nəzarət, elmi əsaslara, real arqumentlərə söykənən təbliğat və maarifləndirmə işləri sayəsində Azərbaycan milli atçılığının şöhrətinin qaytarılması, əvəzolunmaz yerli genofondumuz olan Qarabağ və Dilbaz atlarının qorunması, təkmilləşdirilməsi və gələcək nəslə çatdırılması kimi dövlət əhəmiyyətli məsələlərin həlli yolunda uğurlu addımlar atılacaqdır”.

Adıçəkilən Proqramın 2008-2012-ci illər üçün nəzərdə tutulmuş Tədbirlər planına diqqət etsək görərik ki, dövlət proqramının tam icrası üçün bu Proqramın davamlılığının təmin olunması zəruridir. Belə ki, tədbir planının 7.5-ci bəndində Atçılığın elmi təminatı və kadr hazırlığı üçün icra planı nzəzərdə tutulmuşdur. Qarabağ cinsli atlara aid Dövlət Damazlıq Kitabının 3-cü, Dilbaz cinsli atlara aid Dövlət Damazlıq Kitabının 2-ci cildinin hazırlanması və nəşr etdirilməsi, “Azərbaycanda atçılıq” jurnalının təsis edilməsi.

Atçılıqda seleksiya və sınaq tədbirlərinin elmi əsaslarla həyata keçirilməsini təmin edən immunogenetik ekspertiza laboratoriyasının yaradılması, sahənin prioritet istiqamətləri üzrə fundamental və tətbiqi tədqiqat işlərinin aparılması, xarici ölkələrin elmi müəssisələri ilə əməkdaşlıq, atçılığın problemlərinə dair elmi konfransların keçirilməsi.

Atçılıq sahəsində çalışan jokeylərin, məşqçilərin və hakimlərin hazırlanması üçün kursların təşkili, bu sahədə yeni texnologiyaların öyrənilməsi məqsədilə mütəxəssislərin xarici ölkələrə ezam edilməsi.

Atçılığın inkişafı üzrə Dövlət Proqramının tədbirlər planının 7.6.3-cü maddəsi Azərbaycan atüstü oyunlarına həsr edilmişdir. Bölgələrdə atçılıq turizm mərkəzlərinin yaradılması.

Milli atüstü oyunların (“Çovqan”, “Sürpapaq”, “Atüstü güləş”, “Qıza çat” və s.) qorunması və geniş təbliğ edilməsi məqsədilə respublikanın bölgələrində milli atüstü məşq bölmələrinin yaradılması.

Atçılıq sahəsində tarixi-milli irsin qorunması və təbliği məqsədilə atçılıq muzeyinin yaradılması, atçılığın geniş təbliğinə xidmət edən filmlərin, kliplərin, plakatların, açıqcaların hazırlanması.

 

GƏNC ATÇAPARLARIN HAZIRLANMASI QAYDALARI

Ata minməzdən əvvəl minici sağ tərəfdə atın yanında durmalıdır. Minici atın yüyənini hər iki cilovnulovunu sağ tərəfə alıb, atın çənəsinin altında saxlayır, yüyən cilovlarının ucunu isə aşağı sallamış olduğu sol əlində tutur.

Yəhərdə necə oturmalı. Minici sağa dönərək sağ tərəfə yarım addım atır, yüyən cilovlarını düzəldib onları atın boynundan aşırır və atın süyüsündə yüyən cilovlarını atın yalı ilə bərabər sol əlinə alır və sağ əli ilə üzənginin qayışından tutaraq sol ayağını üzəngiyə qoyur. Sonra sağ əlilə yəhərin arxasından tutaraq sağ ayaqla təkan vurub yerdən sıçrayır və sol ayaqda düzlənərək, onu bükmədən sağ ayağı atın üzərindən aşırır və yəhərdə oturur. Oturduqdan sonra sağ ayağını üzəngiyə keçirib yüyən cilovlarını seçir: sol cilovu sol əlin çeçelə barmağ ilə adsız barmağın arasından keçirir, sağ cilovu isə sol cilovun şəhadət və orta barmaqları ilə götürür. Yəhərdə qorxmadan sərbəst oturmalı. Onun ortasında oturaraq, gövdəni düz saxlamalı, ayağın diz qapağından baldır hissəsinin iç tərəfi atın böyrünə möhkəm yapışmalıdır.

Yerində hərəkətə necə başlamalı. Atı sürməyə başlamaq üçün baldırları onun böyrünə sıxmalı, sonra cilovları dartaraq atı “yığışdırmalı” bundan sonra cilovları boşaltmalı və eyni zamanda atın böyürlərini baldırlarla sıxmaqda davam etməlidir. Belə ediləndə at yerindən tərpənib hərəkətə başlamağa məcbur olur.

Atı necə dayandırmalı. Minici öz gövdəsini qabağa verərək baldırları ilə atın böyrünü daha bərk sıxır və cilovları özünə tərəf zəif çəkməklə at səlis surətdə dayanmağa məcbur olur.

Atı necə döndərməli. Dönüşlər həm yerində həm də hərəkət zamanı edilə bilər. Yerində dönüş üçün cilovları dartıb atı saxlayır, sonra cilovlar vasitəsilə atın başını elə çəkirlər ki, atın gözünün yarısı görünsün. Eyni zamanda atın dönüşü tərəfə onun böyrünü baldırla sıxaraq, gövdəni bir az qabağa yəni atın dönüşü tərəfə əyirlər. Dönüşün qurtarması zamanı isə cilov və xarici baldır vasitəsilə atın hərəkəti dayandırılmalıdır.

Hərəkət zamanı dönüşlər istiqaməti dəyişmək üçündür. Dönüşlər çevrəni 1/2,1/4 və 1/8 hissəsi qədər edilir. Bütün dönüşlərdə minici öz gövdəsini qurşaqdan yuxarı hissəsini atı döndərmək istədiyi tərəfə əyib , xarici çiynini qabağa verir. İçəri tərəfdən baldırla atın böyrü sıxılır və xarici baldır atın arxa tərəfinin, qabaq tərəfinin iziylə getməyə məcbur olur.

Alur nədir. Alur-atın yeriməsinin növünü və sürətini ifadə edir. Alurun: addım, yortma çapma (qalon) və dörd nallı çapma (karyer) adlanan növləri vardır.

Addımla yeriş. Addım alurunun (addımla yerişin) sürəti on dəqiqədə bir kilometrdir. Atın bu cür yerişində də minici atın üzərində öz gövdəsini hərəkətdə olmayan atın üzərində olduqdakı kimi saxlamalıdır.

Ynügül yortma. Yortma yerişində minici öz gövdəsini azca qabağa verib yəhərə sıxılmış dizlərinə dirənərək, atın bir addımında səlis surətfə (sıçramadan) yuxarı qalxıb ikinci addımında yəhərə oturmalıdır. Bu cür hərəkət həm atın işini asanlaşdırır həm də onu qüvvədən salmır.

Çapma yerişi. Minici atın bu yerişə salmazdan əvvəl onu ‘yığışdırır’. Sonra yüyən cilovundan yüngülcə çəkməklə çapma yerişi hansı tərəfdən (ayaqdan) başlanacaqsa , atın başını o tərəfə azca çevirir eyni zamanda baldırları ilə atın böyrünü daha artıq sıxır və xarici baldırla (yəni çapma yerişinə başlanacaq ayağın yox, o biri ayağın baldırı ilə) yüngül itələyir. Atın qaçma yerişində minici yəhərdə dərin oturmalı və öz gövdəsini atın hərəkəti taktında qabağa yönəltməlidir.

Səməd Vəkilov

Tədqiqatçı-hüquqşünas

Qarabağ atları - Səməd Vəkilov yazır