QADINLAR KOSMOSDA: əməkdaşlıq üçün yeni təcrübə

Hər il 28 avqust tarixdə BƏƏ Əmirlik Qadınları Günü qeyd edir. Bu fürsətdən istifadə edərək, hazırki məqalə dost ölkələrimizin yeni bir əməkdaşlıq sahəsi olaraq kosmosu necə araşdıra biləcəyinə işıq salır.

 

Məsələ burasındadır ki, BƏƏ qadınları Mars Missiyasına uğurla cəlb etmişdir: Missiya qadınların daxil edilməsi üçün misli görünməmiş bir standart qoydu: missiyanın 34 faizini və elm qrupunun 80 faizini qadınlar təşkil edir. Birləşmiş Ərəb Əmirlikləri artıq kosmonavt kimi təlim alan ilk ərəb qadını da seçmişdir. BƏƏ əsilli Nora əl-Matrooshi, 27 yaşında maşınqayırma məzunudur.

 

Diplomatik missiyam müddətində  müşahidə etmişəm ki, Azərbaycanda davamlı şəkildə cəmiyyətin bütün sahələrinə qadınlar da cəlb edilir və onların iştirakı təmin edilir. Qadınların gündəlik qeyri -adi töhfələrini görməmək mümkün deyil.

 

Beynəlxalq Əməkdaşlıq üzrə Dövlət Naziri və Expo 2020 Dubai-ın baş direktoru Reem Əl Haşiminin dediyi kimi: “Bu günün mürəkkəb problemlərini həll etmək üçün dünyanın elmə, elmin qadınlara və qızlara ehtiyacı var.” Expo 2020 Dubai, dünyadakı qadın və qızların elmdəki əhəmiyyətini vurğulamaq, bu sahədə qabaqcıl qadınları qeyd etmək, yeni tərəfdaşlıqlar qurmaq, zəngin və fərqli bir proqram vasitəsi ilə qadınların iştirak imkanlarını artırmaq üçün dünyanı bir araya gətirəcək.

 

Xatırlatmaq istərdim ki, Birləşmiş Ərəb Əmirlikləri aerokosmik elmləri üzrə ixtisaslaşmış Əmirlik kadrlarını hazırlayacağı Milli Kosmik Proqramını işə saldı. Gənc Əmirlik kadrları Milli Kosmik Proqramı icra edəcək. Milli Kosmik Proqramın əsas məqsədlərindən biri, 2117 Mars proqramının bir hissəsi kimi  Qırmızı Planetdəki ilk elmi şəhərin reallaşdırılmasına nəzarət etməkdir. Şəhərin tərkibində sıfır qravitasiya təcrübələri aparmaq üçün bir muzey və laboratoriyalar da olacaq. O, 3D çap texnologiyasından istifadə edərək Qırmızı Planet üçün uyğun olan ən yaxşı binaların dizaynı və çapı üçün bir təşəbbüs olan ‘Marsda Yaşamaq’ layihəsini də əhatə edəcək.

Qeyd edək ki, Məhəmməd Bin Rəşid Kosmos Mərkəzi beynəlxalq kosmik tərəfdaşlarla birgə Milli Kosmik Proqramın hazırlanmasından məsuldur.

Buna əsaslanaraq aşağıdakıları təklif etmək olar:

  • həm BƏƏ, həm də Azərbaycandan olan qadın alim və tədqiqatçılar arasında bu sahədə təcrübə mübadiləsi;
  • kosmik biliklər üzrə birgə təlimlər keçirmək;
  • kosmos təhsilinə daha çox  təşviq

Abdalla AlShamsi

müvəqqəti işlər vəkili