Qərbi Azərbaycan Araşdırmlar Mərkəzinin rəhbəri Bərdədə görüş keçirib-FOTO

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri Bərdədə görüş keçirib. Görüş zamanı Qərbi Azərbaycan mövzusu ilə bağlı əhəmiyyətli müzakirələr aparılıb.

Kanal32.az xəbər verir ki, Mərkəzin rəhbəri, t.ü.f.d. Leyla Calalova, Qərbi Azərbaycanın Vedi rayonunun Oğuz, hayların isə Haxıs adlandırdıqları kənddə 1941-ci il 22 iyunda dünyaya gələn və 1948-1953-cü illər deportasiyasının ağrı-acılarını yaşayan Telman Hüseyin haqqında məlumat verib. Telman Hüseyin hazırda Bərdə rayonunun Otuzikilər kəndində yaşayır.

Leyla Calalova bildirib ki, Telman Hüseyin ömrünün böyük bir hissəsini şagirdlərin maariflənməsinə həsr edən bir müəllimdir və bir neçə kitabın müəllifidir. Onunla görüşdə, uşaqlıq dövrünün yaşam tərzindən, müharibənin kənd camaatına vurduğu insan itkisinə, saf uşaqlıq yaddaşına köçürülmə siyasətinin həkk etdiyi “unudulmaz” xatirələrinə və ondan sonra yaşam uğrunda mübarizəsinə dair hekayələr dinlənilib. Bu xatirələr dinləyiciləri dərin təsirləndirib və kövrək xatirələrin təsirindən çıxmaq mümkün olmayıb.

/qht.az/