Zəngilan rayonunun işğaldan azad edilməsinin birinci ildönümü münasibətilə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, Qadın Sahibkarlar Assosasiyasının rəhbəri Səkinə Babayeva və adıkeçən təşkilatların üzvləri ilə birlikdə Zəngilan rayon İcra hakimiyyətində, icra başçısı Ramiz Həsənovla geniş fikir mübadiləsi apardıq. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi hər bir azərbaycanlı üçün ən böyük hadisədir. Qəhrəman şəhidlərimizi rəhmətlə anır, qazilərimizi sayğı ilə salamlayırıq.
Qədim və gözəl Zəngilan rayonumuzun işğaldan azad edilməsinin birinci ildönümündə Zəngilanlıları, bütün dünya azərbaycanlılarını bir daha təbrik edirik. İnanırıq ki, cənab Prezidentimizin rəhbərliyi və xalqımızın dəstəyi ilə Zəngilan şəhəri qısa zamanda yenidən yüksək səviyyədə qurulacaq və insanlarımız öz yurd- yuvalarına dönəcəklər.
Bu görüşdə iştirak edən və rayonun şəhid ailələrinə diqqət gösrətən Qadın Sahibkarlar Assosasiyasının rəhbəri Səkinə Babayeva və rəhbərlik etdiyi təşkilatın üzvlərinə, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırovaya təşəkkürümü bildirirəm. Şəhid ailələri və qazilərə dəstək olmaq hər birimizin borcudur.
mediaxeberleri.az