Masallı Rayon İcra Hakimiyyətinə təyin olunan yeni başçı Araz Əhmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olub.
Araz Əhmədov xidmətin general-mayorudur. O, 2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə sözügedən ali hərbi rütbə ilə təltif edilib. A.Əhmədovun DTX-də son vəzifəsi idarə rəisi olub.
A.Əhmədov mayor rütbəsində olarkən 1998-ci ildə mərhum prezident Heydər Əliyevin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.