Polis Cəbrayılda şagirdlərlə ilk dəfə bir araya gəldi-FOTOLAR

Polis Cəbrayılda şagirdlərlə ilk dəfə bir araya gəldi-FOTOLAR

Polis Cəbrayılda şagirdlərlə ilk dəfə maarifləndirmə tədbiri keçirib.

Cəbrayıl Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta məktəbdə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə çıxış edən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Toğrul Mahmudov narkotik vasitələrin insan həyatına, düşüncə qabiliyyətinə göstərdiyi mənfi təsirlərdən danışıb.

O, narkomaniyaya aludə olan şəxslərin ailəsi, yaxın ətrafı üçün ciddi problemlər yaratmasından, sağlamlığın bərpası prosesinin çətin olduğundan söhbət açıb.Gənclərə pis vərdişlərdən uzaq olmağı, sağlam həyat tərzi keçirməyi, dərslərini yüksək qiymətlərlə oxumaları tövsiyə edilib.

Daha sonra çıxış edənlər də narkotik asılılığın cəmiyyət üçün doğurduğu təhlükələrdən danışıblar.

Sonda maraq doğuran suallar cavablandırılıb.

Daşqın Güneyli

Polis Cəbrayılda şagirdlərlə ilk dəfə bir araya gəldi-FOTOLAR