Payız mövsümündə hansı xəstəliklər artır ? Necə hazırlaşaq və necə qorunaq?
Payızın gəlişi ilə birlikdə təbiət kimi insan orqanizmi də dəyişir. Havanın soyuması, günəş işığının azalması və gündəlik rejimin dəyişməsi immunitetin zəifləməsinə səbəb olur. Bu da mövsümi xəstəliklərin artmasına şərait yaradır.
Ən çox rast gəlinən payız xəstəlikləri
Soyuqdəymə və qrip
Kəskin temperatur fərqləri və insanların qapalı məkanlarda daha çox toplaşması infeksiyaların sürətlə yayılmasına gətirib çıxarır.
Xroniki xəstəliklərin kəskinləşməsi
Bronxit, astma, oynaq və revmatizm ağrıları payızda özünü daha çox göstərir.
Allergiyalar
Xüsusilə ambroziya və digər yabanı otların tozlanması sentyabrda çoxsaylı allergik reaksiyalara səbəb olur.
Mövsümi depressiya
Günəş işığının azalması ilə D vitamini çatışmazlığı yaranır, bu isə əhvalın enməsinə və nevrozların güclənməsinə gətirib çıxarır.
Bəs niyə payızda xəstələnirik?
Mütəxəssislərin fikrincə, əsas səbəblər bunlardır:
-immunitetin zəifləməsi,
-yaydan sonra vitamin ehtiyatlarının tükənməsi,
-sinir sisteminə əlavə yük.
temperatur və rütubətin tez-tez dəyişməsi.Gündüz saatlarda havanın hərarəti axşam saatlarında kəskin fərqli olması cox vaxtı üst geyimlərdə caşgınlıgin yaradır.
Qorunma yolları
Həkimlər sadə, amma təsirli qaydalar tövsiyə edirlər:
-vitaminlərlə zəngin qidalar qəbul edin(mövsümi meyvə və tərəvəz ),isti içkilərə üstünlük verin,
-fiziki aktivliyi artırılması,
-yuxu rejiminə riayət edin,
-geyimdə qat-qat üsulundan istifadə edin.
Dünya praktikasında mütəxəssislər qrip əleyhinə vaksinasiya olunmasını tövsiyə edirlər.
Payız gözəl fəsil olsa da, sağlamlığa xüsusi diqqət tələb edir. Sadə profilaktik tədbirlərə əməl etməklə həm soyuqdəymədən, həm də xroniki xəstəliklərin kəskinləşməsindən qorunmaq mümkündür.
Fəxri Həsənov