Payız fəslində orqanizmimizi nəcə qorumalıyıq?-FOTO

Payız fəslində hava dəyişikliyi zaman orqanizmimizi nəcə qorumalıyıq.

Payız fəslinində hava dəyişikliyinin insan orqanizminə birbaşa təsiri olur. Bu dəyişiklik zamanı orqanizmimizi necə qorumalıyıq?

Mütəxəssislərin fikrincə, payız fəslinin yaxınlaşması ilə əlaqədar olaraq daha çox kəskin virus infeksiyalarının yayılması müşahidə olunur.

Bu viruslardan ən çox yayılanı qripdir. Qrip daha çox oktyabr ayında artır. Ümumiyyətlə, qripə qarşı peyvənd olunması zəruri hesab edilir. Çünki peyvəndin effektiv nəticələri olur. Amma kəskin viruslara yoluxmaq bəzən qaçılmaz olur.

İnfeksionistlər bildiriblər ki, virusa yoluxan şəxslər öskürərkən və ya asqırarkən ağızlarını əlləri ilə deyil, dirsək bükümü ilə tutmalıdırıar.Çünki əllə təmasda viruslar başqa insanların da yoluxmasına şərait yaradır. Daha sonra tez-tez əllərin sabunla yuyulmasına diqqət olunmalıdır. Maskadan istifadə də tövsiyyə edilir. Xəstəliyə yoluxan şəxslərin olduğu otağın havası mütləq mütəmadi olaraq dəyişdirilməlidir. Virusa yoluxanlar mümkün qədər ev şəraitində qalmalıdır. Sağalma prosesini sürətləndirmək üçün bol maye, normal yuxurejimi, keyfiyyətli qidalanma və simptomatik dərman qəbulu vacib şərtlərdən hesab olunur.

Özümüzü və uşaqları viruslardan qorumaq üçün gigiyena qaydalarına ciddi əməl etməliyik:

Çalışmaq lazımdır ki, evdəki temperaturla çöldəki temperatur arasında çox da fərq olmasın. Evlərdə istilik dərəcəsinin yüksək olması məsləhət deyil. Uşaqları soyuq fəsillərdə həddən artıq qalın geyindirmək qəti şəkildə olmaz. Çünki tərləmə nəticəsində dərhal xəstələnə bilərlər.

Payız həmişə xəstəlikləri özü ilə gətirir.Yayda günəş havada olan virusları məhv edir. Payız və qış aylarında günəşin şüaları zəif olduğundan viruslar çoxalır. Xüsusulə, yuxarı tənəffüs yollarını zədələyən kəskin respirator virusları artır. Bu viruslar hava-damcı yolu ilə keçir və soyuq mühitdə daha dözümlü olur.

İmmuniteti zəif olan şəxslər virusa yoluxan şəxslərlə təmasda olarkən dərhal infeksiyaya yoluxurlar. Ümumiyyətlə, immuniteti zəif olan insanlar nəinki payızda, elə yayda da tez-tez xəstələnirlər. Çünki belə insanların orqanizmi xaricdən gələn qıcıqlara cavab verə bilmir.

Xüsusilə bu məsələdə uşaqlar və yaşlılar həssas olurlar.

Virusdan qorunma yolları isə müxtəlifdir. Soyuq və əlverişli olmayan havalarda, xəstə insanlarla ünsiyyət zamanı tibbi maskaların taxılması ən yaxşı üsullardandır. Maskanı şərflə də əvəz etmək olar. Çalışmaq lazımdır ki, nəfəs yollarına virus düşməsin. Havaya uyğun geyim və bol maye qəbul etməklə bir növ özümüzü qorumuş oluruq.

Mütəmadi şəkildə dezinfeksiya vasitələrindən istifadə olunması effektivdir. Burun ətrafını spirtləmək, meyvə şirələri içmək, yaxşı qidalanmaq, idmanla məşgul olmaqda fayda var.

Mümkün qədər gün ərzində ən azı bir saat təmiz havada gəzmək, insanların daha az olduğu ekoloji cəhətdən təmiz məkanlarda vaxt keçirmək də orqanizm üçün çox faydalıdır.

İnsan virusa yoluxduğunu hiss edən kimi həkimə müraciət etməlidir: Yüksək hərarət, ishal, öskürək, qrip, və digər bu kimi əlamətlər vəziyyətin ciddiliyindən xəbər verir. Hərarət və ishal əlmətləri yox, sadəcə zökəm əlamətləri varsa, o zaman həkim məsləhəti ilə ev şəraitində təbii müalicə üsullarından da yararlanmaq olar. Amma mütləq və mütləq hər hansı qida əlavəsi və ya dərman preparatları qəbul edilməzdən öncə onun əks təsirlərini nəzərə almaq lazımdır. Məlumdur ki, insanların orqanizmləri eyni xəstəliklərə qarşı fərqli müqavimət göstərir. Bu səbəbdən də hər bir şəxsin müalicəsinə həkim tərəfindən individual yanaşılmalıdır. İlk növbədə hər kəs əvvəlcə özünün həkimi olmağı bacarmalıdır.

Fəxri Həsənov

Kanal32.az