Kanal32.az xəbər verir ki,Ana Vətən partiyasının sədri,Milli Məclisin Deputatı Fəzail Ağamalı qardaş Türkiyədə baş vermiş güclü silsilə yanğınlarla bağlı öz facebook hesabında paylaşım edib.
Paylaşımda deyilir:
“Qardaş Türkiyədəki meşə yanğınları nəticəsində insanların həyatını itirməsi məni çox sarsitdı. Fəlakət nəticəsində dünyasını dəyişənlərə Uca Tanrıdan rəhmət diləyirəm. Azərbaycan hər zaman olduğu kimi bu günlərdə də qardaş Türkiyənin yanındadır”.
Fəzail Ağamalı,
Millət Vəkili Ana Vətən Partiyasının sədri
30 İyul 2021 – ci il