Özbəkistanın mədəniyyət naziri Azərbaycan nümayəndə heyətini qəbul edib

Özbəkistan Mədəniyyət naziri Ozodbek Nazarbekov Azərbaycan mədəniyyət günləri ilə əlaqədar Özbəkistanda olan nümayəndə heyətini qəbul edib.

Azerforum.com xəbər verir ki, görüş zamanı iki ölkə arasında mədəni əməkdaşlığa dair faydalı müzakirələr aparılıb.

Tərəflər Özbək nazirin Azərbaycana səfərinin hazırlanması, Şuşa və Xivə şəhərləri arasında “Qardaşlaşmış şəhərlər” haqqında müqavilənin reallaşdırılması ilə əlaqədar fikir mübadiləsi aparıb.

Nazir Ozodbek Nazarbekov Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla hər ay görüşmək və birgə əməkdaşlıq əlaqələrinin müzakirə edilməsini təklif etmiş və bu görüşün operativ olaraq tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsinə şərait yaradacağını vurğulayıb.

Sonda Özbəkistanın Mədəniyyət naziri Ozodbek Nazarbekova Azərbaycan xalçaçılıq sənətinin unikal nəşri “İrəvan xalçaları” kitabı və Azərbaycan xalçası hədiyyə edilib.