Öz dilində düşünmək niyə bu dildə danışmaqdan önəmlidir? Ortaq Türk dili yaranarsa nə ola bilər?
Bu suallar ətrafında danışan “Çölçü” İctimayi Birliyinin rəhbəri, “Çölçü” subkulturasının (altkültürünün) qurucusu Eltən Törəçi “öz dilində düşünmək, danışmaqdan çox daha önəmlidir…Çünki o çağ beynimizi tərcüməçi kimi yox, yaradıcı funksiyalarında işlədəcəyik. Bu gələcək nəsillər üçün də önəmlidir”, deyərək bu gün gənclərin dəqiq elmləri öyrənməkdə niyə çətinlik çəkdiyi məsələsinə aydınlıq gətirib.
Türk dilindən dünyada 360 milyondan çox insanın danışdığını vurğulayan Eltən Törəçi ortaq Türk dilinin yaradılmasının Türkdilli xalqlara qazandıracağı üstünlükləri də vurğulayıb.
Xatırladaq ki, 2015-ci ildən Azərbaycanda “Çölçü” fəlsəfəsini təbliğ edən Eltən Törəçi, sonradan “Çölçü” Milli Mədəni İrsin İnkişafı birliyini yaradıb. Öz çevrəsində yaradıcı, işgüzar və sənət insanlarını birləşdirən “Çölçü” İB-i doğma dilin qorunması və durulması və inkişafı istiqamətində işlər görür.
Kanal32.az E.Törəçinin fikirlərini təqdim edir:
/BakuPost/