ÖNGÖRMƏ: Bu deputat vitse-spiker olacağını deyib və dostlarına qonaqlıq verib!?-FOTO

Məlum olduğu kimi sentyabrın 1-də ölkəmizdə parlament seçkiləri keçiriləcək. Bugünəqədərki fəaliyyətləri cəmiyyətimiz tərəfindən heç də birmənalı qarşılanmayan deputatlara münasibətdə ziddiyyətli fikirlərin çoxluğu hər kəsə bəllidir.

Barmaqla sayıla biləcək millət vəkilləri var ki, onlar həqiqətən də seçicilərin və ictimaiyyətin etimadını qazana bilib. Ancaq bu fikiləri əksəriyyətə şamil etmək olmaz.

Seçki ərəfəsində bəzi deputatlığa namizdələr, namizədlikləri belə rəsmən açıqlanmayan bəzi şəxslər prosesləri qabaqlamağa çalışırlar.Əslində isə öz addımları ilə ölkəmizdə keçiriləcək parlament seçkilərinin şəffalığını şübhə altına alırlar. Əcaba,niyəə? Bu addımların məqsədli şəkildə atıldığı, yoxsa bilməyərkədən atıldığı çoxsaylı suallar yaradır.

Bu gün “Kanal32”nin redaksiyasına maraqlı bir məlumat daxil olub. Mənbənin bildirdiyinə görə V və VI çağırışlarda Sumqayıt 2-ci Seçki Dairəsindən deputat seçilən Tahir Mirkişili artıq hadisələri o qədər qabaqlayıb ki, öz yaxınları belə təəccüb içində qalıb. Belə ki, hörmətli iş adamı Tahir müəllim yaxın dostlarına və ətrafında olanlara bildirib ki, növbəti dəfə də deputat seçiləcək və Milli Məcilisin də vitse-spikeri olacaq. Mənbə iddia edir ki,o hətta, dostlarına Bakının bahalı restoranlarında bu şərəfə qonaqlıq da verib.

Millət vəkillərimizin çoxunun universal olduğunu bilirdik.Amma öncəgörənin olmalarından xəbərimiz yox idi. Nə isə…

Bizim cəmiyyət olaraq tək istəyimiz sözün əsl mənasında xalqın vəkili olan şəxslərin parlamentdə təmsil olunmasını görməkdir.

Bütün hallarda redaksiya olaraq Tahir Mirkişilinin mövqeyini işqılandırmağa hazırıq.

Kanal32.az