Bəşər cəmiyyəti mövcud olduğu vaxtdan bu yana insanların bir-birinə təmənnasız yardım etmək kimi xüsusiyyətləri formalaşmışdır. Uzun illər ərzində davam edən bu insanlıq vəzifəsi daha da geniş bir miqyasda həyata keçirilməyə başlanılmışdır. Dünya tarixində müasir anlamda “könüllü fəaliyyət” anlayışı ilk dəfə XVII əsrdə Fransa ordusunda, 1881-ci ildə ABŞ-da vətəndaş müharibəsi zamanı qadınların könüllü olaraq tibb bacısı kimi fəaliyyət göstərməsi minlərlə könüllünü ətrafında birləşdirən Amerika Qırmızı Xaç Qurumunda, Rusiyada XIX əsrdə könüllülük prinsipləri ilə çalışan müəllim və həkimlərin göstərməsində, 1859-cu ildə İtaliya, Fransa və Avstriya arasında olan Solferino döyüşündən təsirlənən İsveçrə yazıçısı Anri Dünan yerli kilsələrin birində öz vəsaiti hesabına hospital yaratması və burada yaralılara könüllülər ilkin tibbi yardımın göstərilməsi, 1863-ci ildə İsveçrədə yaranmış Beynəlxalq Qırmızı Xaç Komitəsində və s. fəaliyyət göstərmişdir.
Azərbaycanda da könüllülük ənənəsinin tarixinə nəzər saldıqda görürük ki, XIX əsrin sonu XX əsrin əvvəlləri bir sıra xeyriyyə cəmiyyətləri çox uğurlu fəaliyyət göstərməsi, insanları başqalarının xeyrinə cürbəcür işlərə cəlb edilməsi nəticəsində bir çox sahələrdə olduğu kimi humanitar sahədə fəaliyyət göstərən Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1920-ci ildə yaranmış, həmin ilin mart ayının 10-da Azərbaycan Xalq Cumhuriyyətinin Müdafiə naziri general-leytenant Əliağa Şıxlinskinin təşəbbüsü və Fətəli Xan Xoyskinin rəhbərlik etdiyi hökumətin qərarı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti üçün hökumət tərəfindən 483.490 rubl məbləğində maliyyə vəsaitinin ayrılmışdır. İkinci dünya müharibəsi illərində yaralı əsgərlərə göstərdikləri fədakar və qayğıkeş xidmətləri, qan donorluğu sahəsindəki, bütövlükdə şəfqət sahəsindəki xeyirxah işlərini nəzərə alaraq bir çox şəfqət bacıları Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ən yüksək mükafatı olan “Florens Naytinqeyl” medalı ilə təltif edilmişdir.
Azərbaycan xalqının tarix boyu milli adət-ənənələrində xüsusi yeri olan nəvaziş göstərmək, töhfə vermək, qarşılıqsız yardım etmək kimi dəyərlər, adət-ənənə şəklində əcdadlarımızdan günümüzə gəlib çatmışdır. Qanımıza ,canımıza hopan bu müsbət xüsusiyyət əcdadlarıımızdan bizə miras olaraq qalmışdır. Belə bir ictimai təzahürün müasir ifadə forması məhz könüllülükdür.
Könüllük – bir şəxsin mənfəət güdmədən, gördüyü işin müqabilində heç bir məvacib almadan könüllü olaraq, həyata keçirdiyi prosesdir. İlkin dövrlərdə vətənin keşiyində durmaq üçün səfərbər olan şəxslər könüllü adlanırdısa, bugün adıçəkilən ifadə əsasən sosial-ictimai kontekstdə nəzərədən keçirilir. Umummilli Lider Heydər Əliyevin təşəbbusu ilə 1996‐cı il 2 fevral tarixində Azərbaycan Respublikası Gənclərinin Birinci Forumunun kecirilməsi ölkəmizdə konulluluk fəaliyyətinin sosial və ictimai sektor da daxil olmaqla, bütün istiqamətləridə inkişafına böyük təkan verib. Bu fəaliyyətin təşviqi məqsədilə dovlət tərəfindən zəruri addımlar atılmış, normativ huquqi baza təkmilləşdirilmiş, dovlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Konulluluk bir cox fəaliyyət sahələrinə nüfuz edərək umummilli hərəkata cevrilmiş,olkəmizin hər bir bolgəsinə, ictimai həyatın muxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin butun təbəqələrini əhatə etmiş, gənclərimizin həyat tərzinə cevrilmişdir. ASAN, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” Tələbə konullululəri, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Könüllülük fəaliyyəti”, Dövlət Gömrük Komitəsinin “Könüllü gömrükçü” dəstəsi, “Ədliyyə könüllüləri”, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin “Azərbaycan Diaspor Könüllüləri”, Dövlət Miqrasiya Xidmətinin “Miqrasiya könüllüsü”, “Turizm Könüllüləri” Təşkilatı İctimai Birliyi və digər konullu hərəkatları yaranmış, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən konullu qrupları formalaşmışdır.Xüsusilə də, Könüllü gənclər kreativ təşəbbüskarlıqları, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verməsi, ölkəmizdə Avroviziya mahnı müsabiqəsi, I Avropa Oyunları, “Formula –1” yarışları, IV İslam Həmrəyliyi Oyunları, AFFA-nın könüllülük proqramı və s. kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynamışdılar.
Bundan başqa 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsinin fəaliyyətə başlamışdır. Azərbaycan Respublikasının Prezident İlham Əliyevinin Sərəncamı ilə 2007-ci ili “Gənclər ili” elan edilmiş, 9 iyun 2009-cu ildə “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanunun qəbul olunmuşdur. Silahlı münaqişə qurbanlarına, fövqəladə hallar nəticəsində zərər çəkmiş insanlara humanitar yardım və sosial xidmətlərin göstərilməsi sahəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin səmərəli fəaliyyətini nəzərə alaraq, Prezident cənab İlham Əliyev 7 aprel 2008-ci ildə hər il mart ayının 10-nun “Qızıl Aypara Günü” kimi qeyd edilməsi haqqında Sərəncam imzalamışdır. 2020 ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevinin verdiyi sərəncamı Azərbaycan Respublikasında könüllük hərəkatının inkişafında xüsusi rol oynamışdır.
Hazırda könüllülük anlayışının gənclər kontekstinən çıxarılaraq daha geniş yaş və sosial qrupları əhatə etməsi üçün dövlət tərəfindən müvafiq işlər görülməkdədir. Bugün ali kateqoriyalı dövlət orqanları, habelə mərkəzi və yerli icra hakmiyyəti orqanlarının təşəbbüsü və dəstəyi ilə bir sıra könüllü birliklər fəaliyyət göstərməkdədir.
Azərbaycan Mədəniyyətinin qorunması, yaşadılması, təbliği və gələcək nəsillərə ötürülməsi kimi missiyanın həyata keçirilməsi yalnız inzibati resurslarla təmin olunması bir növ mümkünsüz hesab olunur. Mədəniyyət sahəsi xüsusi diqqət və yanaşma tələb edən bir istiqamətdir. Bu sahədə könüllülk fəaliyyətinin həyata keçirilməsi digərlərinə nisbətən daha prioritet mövqeyə malikdir. Xüsusən maddi və qeyri-maddi mədəniyyət nümunələri təcavüzə uğramış, akkulturasiya olunmuş (mənimsənilmiş) bir xalqın öz dəyərlərini qorumağa daha çox ehtiyacı vardır. Təbii ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi dövlətin daxili və xarici mədəniyyət siyasətini həyata keçirir. Lakin onun ictimai-sosial, hətta məişət səviyyəsində yaşadılması, yeni mədəniyyət nümunələrinin yaradılması, itirilmə təhlükəsi ilə üzləşən bir sıra mədəni irsin aşkarlanması və bir çox digər məsələlər məhz könüllülük fəaliyyəti sayəsində daha effektiv nəticəyə səbəb olacaqdır. Qlobal olaraq könüllülük siyasət, iqtisadiyyat, beynəlxalq əlaqələr, təhsil, tibb, insan hüquqları, mədəniyyət və bir çox sahələr üzrə bütün dünyaya yayılır və genişlənir. Könüllü gənclərin öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilmədən kimsəsizlərə,qocalara,əlillərə köməkliyin göstərilməsi, hüquqi və mədəni maarifləndirmə, uşaq və gənclərin təhsil və tərbiyəsinin inkişafı kimi istiqamətlərdə fəaliyyət göstərirlər.
İctimai ruhun formalaşmasında könüllülük gənclərə bilik, təcrübə, məsuliyyət, paylaşma və digər xüsusiyyətlər qazandırır. Könüllülük fəaliyyətinin cəmiyyətə faydalarından danışarkən yalnız digər şəxslərə yardım etməkdən ibarət olmadığının, eyni zamanda, könüllü fəaliyyətin ictimai yardımlaşmada, ictimaiyyətin sağlam birliyinin formalaşmağında mühüm rolunun olduğunu görmək mümükündür. Könüllülük ictimaiyyətdə insanlararası münasibətlərin genişlənməsində, dəyərlərin formalaşmasında, ictimai məlumatlığın artmasında,yaranan sosial problemlərin həllərinə fərqli yanaşmaların formalaşmasında mühüm rol oynamışdır. Bu fəaliyyətin nəticəsində gənclərdə maddiyyatın hər zaman ön planda olmadığını, yardıma möhtac insanların yanında olmağın bir insanlıq borcu olduğunu anlamış olurlar.
Könüllülük içərisində olduğumuz cəmiyyətin ayrılmaz hissəsidir və cəmiyyətdə məsuliyyətlilik prinsipinin formalaşmasında əhəmiyyətli dərəcədə rol oynayan amillərindən biridir. Könüllülük ən çətin şəraitdə belə, insanlara yardım edə bilməkdir. Könüllü olmaq “mən” dairəsindən çıxmaq deməkdir. Könüllü olmaq qarşılıqsız sevmək və dəyər vermək deməkdir. İnanıram ki, bundan sonrakı illərdə də bütün sahələr üzrə könüllülük fəaliyyəti daha da geniş şəkildə vüsət alacaq. Hətta orta məktəb şagirdlərində könüllülük hərəkatı davam etmiş olacaq. Bizlər Azərbaycan gəncliyi və gənc könüllüsü olaraq əcdadlarımızın qanı-canı bahəsinə bizlərə əmanət olan müstəqil və demokratik Azərbaycanımızın dövlət müstəqilliyini, qədim tariximizi, ordumzu, mili-mənəvi dəyərliyimizi, ictimai-siyasi xadimlərimizi, elm adamlarımızı, dünya azərbaycanlılarının həmrəyliyini, milli birliyimizi, mədəniyyətimizi və s. təbliğ etməliyik. Bu hər könüllünün fəaliyyətində əsas amal olmalıdır.
Səma Vahabzadə
Azərbaycan Dillər Universitetinin tələbəsi, gənc könüllü