“Uşaqların Gələcəyi Naminə” təşkilatı, Azərbaycan Ordusunun Zəfərinə həsr edilmiş “Nidanın gücü, gücün nidası!” adlı yazı müsabiqəsini davam etdirir.
Bu barədə QHT.az-a təşkilatın sədri Könül Quliyeva bildirib. Sədr qeyd edib ki, müsabiqə V-IX sinif şagirdləri arasında keçiriləcəkdir. Yazılar 01 dekabr 2022-ci il tarixdən 15 dekabr 2022-ci il, saat 18:00-dək təqdim olunmalıdır.
Şagirdlər müsabiqəyə təqdim olunan yazıları şəxsiyyət vəsiqələrinin surətləri ilə birlikdə usaqlargelecek@gmail.com elektron ünvanına göndərməlidir. Yazının həcmi minimum 1 səhifə, yaxud 1 səhifə yarım olmalıdır. Yazı kompüterdə yığılmalı, Times New Roman şifrələri ilə 14 ölçüdə təqdim edilməlidir. Müsabiqənin yekunlarına əsasən I, II, III yerlər üçün pul mükafatı və digər həvəsləndirici mukafatlar nəzərdə tutulur. Qaliblərin yazıları gələcəkdə kitab şəkilində dərc edilməsi nəzərdə tutulmuşdur.
Müsabiqəyə təqdim edilən yazıları 5 nəfərdən ibarət ekspert komissiyası qiymətləndirəcək.Onu da qeyd edək ki, yazılar ekspertlərə imzasız təqdim ediləcəkdir.
Hər hansı bir sual yaranarsa 050-969 -38 69 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.