Nazir Babək Niftəliyevi təltif etdi

Babək Niftəliyev “Təşəkkürnamə”yə layiq görülüb.

Kanal32.az xəbər verir ki,Azərbaycan Milli Konsevatoriyasının əsas müəllimi və Bülbül adına Orta ixtisas  musiqi məktəbinin  müəllimi, Əməkdar artist Babək Niftəliyev “Mədəniyyət sahəsində təhsilin inkişafına verdiyi dəstəyə görə” Mədəniyyət Naziri Adil Kərimli tərəfindən “Təşəkkürnamə”yə layiq görülüb.
Sənətkara mükafatı Mədəniyyət Nazirinin müşaviri Cəsarət Valehov təqdim edib.

“Kanal32” Media Şəbəkəsi olaraq sənətkarı təbrik edir, pedaqoji fəaliyyətində, muğam sənətinin inkişafında və yaşadılmasındakı xidmətlərində uğurlar arzu edirik.

Kanal32.az