Müvəkkil Hüquq Mərkəzində könüllülər departamentinin fəaliyyətinin əhatə dairəsi genişlənməkdə davam edir.
Bu barədə Muvekkil.az-a məlumat verən Könüllülər Departamentinin rəhbəri Cavid Vəkilov bildirib ki, departamentin fəaliyyətinə yeni könüllülər qoşulublar.
Belə ki, İsa İsayev ictimaiyyətlə əlaqələr üzrə koordinator, Cahid Həsənli isə departament məsləhətçisi kimi fəaliyyət göstərəcək.
Cavid Vəkilov qeyd edib ki, könüllülər sırasının genişlənməsi departamentin fəaliyyət imkanlarının artırılmasına, gənclərin ictimai fəallığının yüksəldilməsinə və həyata keçirilən təşəbbüslərin daha səmərəli təşkilinə töhfə verəcək.
Muvekkil.az