Müvəkkil Hüquq Mərkəzi bu kəndlə bağlı araşdırmalara başlayıb– FOTOLAR

Müvəkkil Hüquq Mərkəzinin “Qərbi Azərbaycan haqqında həqiqətlərin araşdırılması və təbliği” layihəsi çərçivəsində Dərələyəz mahalının Çivə, Sallı, Qozulca, Göyçə mahalının Mollalı kəndi, Bərdə rayonunun İmirli kəndində məskunlaşmış şəxslərlə bağlı 8 layihənin rəhbəri hüquqşünas Səməd Vəkilov araşdırmaları davam etdirir.

Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov QHT.az-a açıqlmasında bildirib ki, layihə çərçivəsində Dərələyəz mahalının ən böyük kəndlərindən biri olan Çivə kəndinin ən yaşlı sakinləri ilə görüşüb. O, 1930-ci ildə Dərələyəz mahalının Çivə kəndində doğulmuş deportasiyadan sonra Bərdə rayonunun İmirli kəndinə köçmüş Xəlilov Əhməd Bəhlul oğlu Çivə kəndi və köçmə ilə bağlı xatirələrini qeydə alıb: “Xəlilov Əhməd Bəhlul oğlunun atası Bəhlul Xəlilovun repressiya olunması ilə ilə bağlı hekayə tarixmizin ən keşmə-keşli dövrünün vacib tərkib hissələrindən biridir”.

Səməd Vəkilov qeyd edib ki, hazırda Bakıda yaşayan əslən Çivə kəndindən olan Abbasov Bəkir Əhməd oğlunun ailə hekayəsidə maraq doğurur 2-ci Dünya müharibəsi iştirakçısı olan atası Əhməd müəllim Dərələyəzin bir çox kəndlərində müəllim kimi fəaliyyət göstərib: “1988-ci ilə kimi Çivə kəndində yaşayıb demək olar ki, kəndi ən son tərk edənlərdən olub. Görüşdə Qarabağ müharibəsi iştirakçıları Əhməd Vəkilov, və Çivə icmasının rəhbəri Möhübbət Səmədoğlu (Hacı Möhübbət Dərələyəzli), Səməd Məmmədov da iştirak ediblər”.

Kanal32.az