Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən Rusiya “sülhməramlı” kontingentinin bölmələri tərəfindən qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus təminat maşınlarının müşayiət edilməsi növbəti dəfə müşahidə olunub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu istiqamətində Rusiya sülhməramlı kontingentinə məxsus 1 ədəd ZTR-82A döyüş maşını, ermənilərə məxsus 3 ədəd tentli URAL və üzərində yanacaq çəni olan KamAZ avtomobilinin, ümumilikdə beş hərbi nəqliyyat vasitəsinin kolonda hərəkəti texniki müşahidə vasitələrimiz tərəfindən qeydə alınıb.
Mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycanın sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasını labüd edir”, – Nazirliyin açıqlamasında deyilir.
Kanal32.az