Müdafiə Nazirliyindən Qərb bölgəsində baş verən partlayışlarla bağlı AÇIQLAMA

“Azərbaycan Ordusunun Mühəndis-İstehkam Qoşunlarının bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan minaların Seyfəli poliqonunda utilizasiyasını həyata keçirir”.

Kanal32.az Müdafiə Nazirliyinin yaydığı  məlumata istinadən bildirir:

“Aparılan partlayış işləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur”, – nazirlikdən qeyd edilib.

Qeyd edək ki, minaların utilizasiyası zamanı partlayış səsləri Gəncə şəhərində də eşidilib.