Palmali Şirkətlər Qrupunun prezidenti, Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov Azərbaycanda keçiriləcək növbəti prezident seçkiləri ilə bağlı mövqeyini açıqlayıb.
Kanal32.az həmyerlimizin sosial şəbəkə hesabında yazdığı qeydləri təqdim edir:
“2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Azərbaycan xalqı ilk dəfə olaraq ərazi bütövlüyünü tam bərpa etmiş Qalib ölkənin Prezidentini seçəcək. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək.
Hər zaman dövlətimin, Prezidentimin yanında olan bir insan kimi xüsusilə vurğulamaq istərdim ki, 30 ilə yaxın həsrətini çəkdiyimiz torpaqlarımızın işğaldan azad edilməsi məhz güclü siyasi iradəsi olan və Azərbaycanın milli maraqlarını hər şeydən üstün tutan İlham Əliyevin gərgin əməyinin nəticəsidir.
Mən Azərbaycanda İlham Əliyevin namizədliyini dəstəkləyir, Azərbaycan vətəndaşı kimi səsimi Prezident İlham Əliyevə verəcəyimi bəyan edirəm.
Qurucusu olduğum “Palmali Holding” şirkəti də fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyevi dəstəkləyir.
“Palmali” ailəsinin Azərbaycan vətəndaşı olan minlərlə üzvünü qarşıdan gələn seçkilərində İlham Əliyevin namizədliyinə səs verməyə çağırıram”.
/Gununsesi.info/