1990-cı illərdə dünyada baş verən ən əhəmiyyətliiqtisadi və siyasi dəyişiklik Sovet İttifaqının (SSRİ) dağılması idi. Müasir dövrdə Beynəlxalq münasibətlərsistemi qütblərarası dərin böhranlar, güc mərkəzlərininyerdəyişməsi və qlobal təlatümlər mərhələsini yaşayır. Ənənəvi beynəlxalq hüquq normalarının zəifləməsi, geosiyasi rəqabətin kəskinləşməsi və yeni iqtisadi-siyasi blokların yaranması mövcud dünya nizamınıkökündən sarsıdır. Beynəlxalq münasibətlər sistemi dərin böhran içindədir və artan böyük güc rəqabəti, regional müharibələr, iqtisadi proteksionizm və qlobalinstitutların (məsələn, BMT) disfunksiyası səbəbindən struktur transformasiyaya məruz qalır. Gaydalara əsaslanan nizam zəifləyir, çoxqütblü və qeyri-müəyyənbir dövr isə başlayır. Mövcud qlobal struktur mövcud problemlərə həll yolu tapa bilinmədiyi məsələlərdir. Beynəlxalq sistem bir çox təhlükələrin eyni vaxtda və intensiv şəkildə hiss olunduğu bir dövrə qədəm qoyub. Avropada davam edən müharibə, Yaxın Şərqdə dərinləşən qeyri-sabitlik, enerji və təchizat zəncirlərinin pozulması, kiberhücumlar, süni intellektlə dəstəklənən dezinformasiya və sosial dayanıqlığı hədəfləyən hibrid təhdidlər eyni təhlükəsizlik tənliyində birləşir. Beynəlxalq sistem böyük legitimlik böhranı yaşayır, böhranların artdığı çətin bir dönəmdənkeçir. İkinci Dünya Müharibəsindən sonra qaliblərin qurduğu beynəlxalq sistem, demək olar ki, hər sahədə böyük legitimlik böhranı yaşayır. Sistemin əsasını təşkil edən qurumlar, qaydalar və dəyərlər günü-gündən öz funksiyalarını itirir.
Azərbaycan, insani dəyərləri və ədaləti əsas götürən prinsipial, qətiyyətli və sülhpərvər mövqeyini qorumağa, təkcə bölgəmizdə deyil, bütün dünyada sülhvə etimadın bərpası üçün bütün imkanlarımızı səfərbər etməyə davam edir.
1991-ci ildə Sovet İttifaqının dağılması regionda yeni bir dövrün başlanğıcını qoydu. Sovet İttifaqı geniş coğrafi ərazini əhatə etdiyi və bir çox icmaları özündə birləşdirdiyi üçün onun yaratdığı dəyişikliklər bütün dünyaya dərin təsir göstərdi. Qorbaçovun Sovet İttifaqında “açıqlıq” və “yenidənqurma” siyasəti ilə başlayan yeni dövr dünya miqyasında ideologiyalar da dəyişikliklərə, divarların yıxılmasına, demokratikləşmənin və etnik millətçi hərəkatların güclənməsinə, iqtisadi istehsal metodlarında və mülkiyyət konsepsiyalarında bazar mexanizmlərinə doğru dəyişikliyə səbəb oldu. Texnologiyanın sürətli inkişafı, ətraf mühit şəraiti, təbii sərvətlərin məsuliyyətsiz şəkildə məhv edilməsi, artan dünyaəhalisi və artan istehlakçı tələbləri yeni bir dünya nizamı yaratdı. Bu yeni dünya nizamında gəlir, təhsilvə mədəniyyətdəki bərabərsizliklər sürətlə artan terrorizmə, xaosa və ayrı-seçkiliyə səbəb oldu. Beynəlxalq terrorizm, qanunsuz immiqrasiya, narkotikticarəti və silah qaçaqmalçılığı regionda sülh üçünciddi təhdidlər yaradır.
Bu gün Qafqaz hər sahədə dəyişiklik və transformasiya yaşayır. Azərbaycanda son illər həyata keçirilən sistemli və dərin islahatlar nəticəsində istehsal olunan qeyri-neft-qaz məhsullarının xarici bazarlara çıxış imkanları genişlənir. Ümumiyyətlə, son illərdə Cənubi Qafqazın geosiyasi mənzərəsində ən çox diqqətçəkən ölkələrdən biri Azərbaycandır. Aparılan beynəlxalq araşdırmalara görə, Azərbaycan dünyada ən təhlükəsiz ölkələr siyahısındadır. Beynəlxalq Sülh və İqtisadiyyat İnstitutunun araşdırmasını göstərə bilərik. İnstitut tərəfindən hazırlanan 2025-ci il üzrə Qlobal Terrorizm İndeksinə (Global Terrorism Index – GTI) əsasən, Azərbaycan dünyanın terror təhlükəsinin ən az olduğu ölkələrindən biri elan olunub.
2026-cı ildə Azərbaycan iqtisadiyyatı həyata keçirilən strateji islahatlar və Beynəlxalq Valyuta Fondu (BVF) hesabatlarına əsasən dayanıqlı inkişaf dinamikasını qoruyur. Azərbaycanda inflyasiya səviyyəsinin stabilizasiyası, qeyri-neft sektorunun şaxələnməsi və yeni rəqəmsal strategiyaların tətbiqi iqtisadi artımı dəstəkləyir. Makroiqtisadi sabitlik, əlverişli investisiya mühiti, həmçinin sənaye zonaları və azad edilmiş ərazilərdə təqdim edilən güzəştlər xarici sərmayədarlar üçün cəlbedici şərait yaradır, xüsusilə qeyri-neft-qaz sektoruna yönələn investisiyaların artmasına təkan verir. Rəqəmsallaşma və müəssisələrin rəqabət qabiliyyətinin artırılması istiqamətində əhəmiyyətli addımlar atılıb. Beynəlxalq ValyutaFondunun (BVF) 2026-cı il üzrə son proqnozları Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişaf mərhələsinə qədəm qoyduğunu və qlobal çağırışlaraqarşı yüksək adaptasiya qabiliyyəti nümayiş etdirdiyini təsdiqləyir. Hesabatda əks olunan rəqəmlər Azərbaycanın yeni iqtisadi drayverlərə söykənən daha diversifikasiya olunmuş bir modelə uğurlu keçidini simvolizə edir. Müasir mərhələdə iqtisadi artımınxarakteri təkcə enerji gəlirlərinin dinamikası ilə deyil, eyni zamanda neftdənkənar sahənin genişlənməsi və daxili investisiya mühitinin keyfiyyəti ilə müəyyən olunur. Azərbaycan regionda və beynəlxalq aləmdəyüksələn nüfuzu ilə seçilir. Bu nüfuz yalnız coğrafi mövqeyindən və təbii resurslarından qaynaqlanmır – həm də dövlətin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir.
Prezident İlham Əliyev: Azərbaycan sabitlik adasıdır, təhlükəsizlik adasıdır. Azərbaycanda təhlükəsizliyintəmin edildiyini, əmin-amanlıq hökm sürdüyünü vurğulayan dövlətimizin başçısı deyib: “İndi dünyanınhər bir yerində müharibələr, toqquşmalar, qarşıdurmalar hökm sürür, hər gün biz bunu görürük. Azərbaycan sabitlik adasıdır, təhlükəsizlik adasıdır. Bu da böyük sərvətdir və Azərbaycan xalqı bunu yaxşıbilir. Çünki biz müstəqilliyimizin ilk illərində çətingünlər yaşamışdıq”.
Qlobal iqtisadiyyatın kəskin dəyişikliklərlə üz-üzəqaldığı, tədarük zəncirlərinin yenidən formalaşdığı müasir dövrdə Azərbaycan öz iqtisadi inkişafstrategiyasında mühüm transformasiya mərhələsindədir.
Azərbaycanda işğaldan azad edilmiş torpaqlarda Prezident cənab İlham Əliyevin irəli sürdüyü stratejiyol xəritəsinə əsasən bərpa və quruculuq işləri genişvüsət almışdır. Məcburi köçkünlər mərhələ-mərhələ doğma yurdlarına qaytarılır. İnamla söyləmək olar ki, Qarabağın və Şərqi Zəngəzurun dirçəlişi ilə bağlı bütün layihələr uğurla başa çatdırılacaq və bu bölgələr Azərbaycanın dilbər guşələrinə çevriləcəkdir. 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksəksər kərdəlik məharəti ilə idarə etdiyi Azərbaycan Silahlı Qüvvələrinin hərbi qələbəsi xalqımızın qəhrəmanlıq salnaməsində yeni şanlı səhifə açdı. Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 8 Noyabr Zəfəri sayəsində işğalçı Ermənistan təslim olmağa məcbur edildi, tarixi ədalət və dövlətimizin ərazi bütövlüyü bərpa olundu.
Ümummilli lider Heydər Əliyev bəşər tarixinin Azərbaycan xalqına bəxş etdiyi ən böyük şəxsiyyətlərdəndir. Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ümummilli Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Оnun rəhbərliyi dövründə respublikamız əsrlərə bərabər inkişaf yоlukeçmişdir.
Prezident cənab İlham Əliyev bütün fəaliyyətini Azərbaycanın inkişafına və möhkəmlənməsinə həsr edən lider kimi xalqımızın böyük rəğbətini qazanıb.İlham Əliyev: Azərbaycan sabitlik adasıdır, nümunəvi ölkədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir. Azərbaycan Respublikasının Birincivitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti öz zənginliyi və genişhəcmliliyi ilə diqqət çəkir.Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanda genişmiqyaslı sosial, humanitar, mədəni və xeyriyyə layihələri həyata keçirir. AzərbaycanRespublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə təhsil, səhiyyə və mədəniyyət ocaqlarının inşası, eləcə də tarixi abidələrin qorunması istiqamətində mühüm addımlar atılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin sosial-iqtisadi siyasətini layiqincə davam etdirir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan xalqının dahi oğlu, Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurladavam etdirir.
s.e.f.d., dos. Murtəza Həsənov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlətİdarəçilik Akademiyasının Siyasi İdarəetməfakültəsinin dekanı