Misirdəki Azərbaycan diaspor mərkəzinin dil kurslarının müdavimi Əsma Əhməd Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar keçirilən tədbirdə XX əsrin ən dəhşətli faciələrindən birinə həsr olunmuş şeir söyləyib.
AZƏRTAC xəbər verir ki, misirli tələbənin mükəmməl şəkildə Azərbaycan dilində söylədiyi şeir tədbir iştirakçılarında böyük rəğbət doğurub. Onun videosu diaspor fəalları tərəfindən sosial şəbəkələrdə də yayılıb.
Qeyd edək ki, Misirdəki diaspor mərkəzinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili kurslarında təhsil alan misirli və digər ölkələrdən olan tələbələr klassik və müasir poeziya nümunələrimizi öyrənir, müxtəlif kiçik tamaşalarla çıxış edirlər.