Misirdə yaşayan azərbaycanlı xanımlar və balacaların iştirakı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, diaspor fəalı Simuzər Allahverdiyevanın təşəbbüsü ilə azərbaycanlı ailələrin uşaqları üçün təşkil olunmuş tədbirdə Xarıbülbül təsviri olan köynəklər geyinmiş balacalar Vətən və Qarabağ mövzularında çəkdikləri rəsmləri təqdim ediblər. Onlar Azərbaycana və şəhidlərimizə həsr olunmuş şeirlər söyləyib, mahnılar ifa ediblər.
Misirdə yaşayan ailələrin övladlarında vətənpərvərlik hisslərinin aşılanması məqsədilə təşkil olunmuş tədbirdə uşaqlara hədiyyələr təqdim edilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə