“MİNOR Şirkətlər Qrupu”nun rəhbəri hədəflərini açıqladı

İlk dəfə biznes həyatına 2017-ci ildə “MİNOR BUSİNESS GROUP” MMC adı ilə sahibkarlıq subyektlərinə lisenziyaların verilməsinə dair hüquqi konsaltinq xidmətlərinin göstərilməsi ilə daxil olduq. Əsla şirkəti özümün şəxsi mülkiyyətim kimi görmədim. Fikrimcə hər bir şirkətin təməlində güclü komanda və dayanıqlı inkişaf üçün plan və strategiya olmalıdır. Biz ilk dəfə “Güvən” anlayışını şirkətimizin əsas motivlərindən biri edərək peşəkar fəaliyyətimizin hər bir sferasına tətbiq etdik. Birlikdə işlədiyimiz şirkətlərin rahatlıqla etibar edəcəyi bir biznes qrup halına gəlmək məqsədilə bütün əməkdaşlarımızı əlavə bilik və bacarıq əldə etmələri üçün sertifikasiyalı proqramlara, təlim və seminarlara cəlb etdik. Onların peşəkarlığı şirkətimizi daha da etibarlı və prestijli bir tərəfdaşa çevirdi.
Hazırda hüquqi məsələlərdə müştərilərimizin etibarlı tərəfdaşı olmağı hədəfləyərək, onların hüquqi risklərini minimuma endirmək üçün strateji yanaşmalar formalaşdırır və inkişaf etdiririk. Bizim peşəkar mütəxəssislər, mübahisələrin həlli, müqavilələrin hazırlanması və hüquqi məsləhətlərin verilməsi sahəsində geniş təcrübəyə malikdir. Bu sahədə müştərilərimizin məmnuniyyəti və etibarı, bizim üçün ən önəmli amildir.
2018-ci ildə isə “MİNOR ELECTRONİCS” MMC mağazalar şəbəkəsinin təməlini qoyaraq “MİNOR ŞİRKƏTLƏR QRUPU” ailəsinin formalaşdırdıq. İlk filialımızı mənim üçün doğma Mingəçevir şəhərində açdıq. Loyallıq, etibar və güvən anlayışlarını bu proyektimizdə də maksimum şəkildə tətbiq etdik. Müasir texnologiyaların sürətli inkişafı ilə birlikdə müştərilərimizin ehtiyaclarını qarşılamaq üçün geniş məhsul çeşidi təqdim edirik. Hər cür elektronik cihaz, aksessuar, iri və xırda məişət avadanlıqları ilə müştərilərimizin həyatını asanlaşdırmaq məqsədindəyik. Mağaza şəbəkəmiz, müştərilərə yeni və innovativ məhsullar təqdim etməklə yanaşı, onların texnoloji biliklərini artırmaqda da dəstək olur. Məhsullarımızla yanaşı müştəri məmnuniyyətinin təmin edilməsi məqsədilə ödənişsiz çatdırılma və servis xidmətlərini də formalaşdırdıq.
Növbəti illərdə Bərdə, Ağdaş, Xırdalan və Sabunçu rayonlarında açdığımız filiallarla müştərilərimizə daha yaxın olduq. Öz brendlərimiz və çoxçeşidli məhsul bazamızla təkcə fərdi şəxslərin deyil, həm də korporativ əməkdaşlıqlarla bir sıra iri şirkət və qurumların biznes tərəfdaşına çevrildik. 2022-ci ildə “Wooner” brendini, 2024-cü ildə Malayziya brendi olan “Fujiaire” məhsullarını ölkəmizə gətirərək rəsmi distributoru olduq. Çox keçməmiş “Fujin” adı ilə öz brendimizi bazara daxil edərək müştərilərimizə təqdim etdik.
Bunlarla yanaşı 2018-ci ildə “MİNOR İNŞAAT” MMC adı ilə həm də tikinti və yenidənqurma layihələrinin hazırlanması prossesinə qoşulduq. Peşəkar işçi heyətimizlə Astara rayonu Sərək kənd, Yardımlı rayonu A.Bağırov adına Vərdəgüz kənd tam orta məktəblərinin təmir və tikinti layihələrini uğurla bitirmiş və qısa bir müddətdə təhvil vermişik. Həmçinin tikinti şitkətimiz fərdi yaşayış evlərinin tikintisi və cari təmir işlərini bu gündə uğurla həyata keçirir.Görülən işlərə verdiyimiz zəmanət və keyfiyyət müştəri seqmentimizi müəyyən edən əsas amillərdən biri oldu.
Hazırda “MİNOR ŞİRKƏTLƏR QRUPU” ailəsinə daxil olan hər 3 şirkət həm fərdi, həm də korporativ müştərilərə xidmət etməklə öz adını doğruldur və yüksək tribunalarda diqqətə çatdırılır.
“MİNOR BUSİNESS GROUP” olaraq qazandığmız bütün uğurlara görə ilk növbədə Cənab Prezident İlham Əliyevə borcluyuq. Onun apardığı mükəmməl, strateji iqtisadi siyasətin nəticəsi olaraq ölkəmiz regionun lider dövlətinə çevrilmişdir. Böyük qürur hissi ilə qeyd edim ki, Ali Baş Komandanın rəhbərliyi, Müzəffər ordumuzun şücaəti nəticəsində azad olan Qarabağ, bütövləşən Azərbaycan iqtisadi gücünü daha da artıracaqdır. “MİNOR BUSİNESS GROUP” olaraq əsas hədəflərimizdən biri də Qarabağda filiallar açaraq bu gücə kiçik də olsa öz tövhəmizi verməkdən ibarətdir.
Sonda bildirmək istəyirəm ki, bu uğura gedən yolda əsla yalnız olmadım. Mənimlə birlikdə bu yolda öz əzmini və bacarığını sərgiləyən bütün peşəkarlara, öz işçi kollektivimə dərin minnətdarlığımı bildirir və uğurlar arzu edirəm.
Murad Kərimov,
Minor Şirkətlər Qrupunun Baş Direktoru
“MİNOR Şirkətlər Qrupu"nun rəhbəri hədəflərini açıqladı