“Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinə aşağıdakı vəzifələr üzrə işçilər tələb olunur:
1.İcma səfərbərçisi
2.Usta Yanında Şagird Hazırlığı üzrə mütəxəssis
Ümumi TƏLƏBLƏR
- İxtisasa uyğun ali təhsil;
- Kompyuter bacarıqları (Office proqramları – Word, Excel, PowerPoint, Microsoft Teams);
- Ünsiyyət və özünü təqdimetmə bacarıqları,
- Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın üzvü olmaq imkanı;
- İcmalarla iş təcrübəsi və hədəf rayonlardan (Yevlax, Mingəçevir və Goranboy) olanlara üstünlük verilir;
Əsas öhdəliklər
- İcma səfərbərçisi üçün:
- Hədəf ərazidə məcburi köçkün icmalarının araşdırılması, sorğuların aparılması, sorğu nəticələrinin təhlili və məlumat bazasının yaradılması, icma tədbirlərinin təşkili;
- Hədəf icmaların seçimi üçün Layihə İdarəetmə və Qiymətləndirmə Komitəsinin (LİQK) iclasının təşkili;
- Hədəf icmalrda İcma İnkişaf Şuralarının (İİŞ) formalaşdırılması;
- İİŞ üzvlərinin bacarıqlarının artırılması üçün təlim, dəyirmi masa və s. tədbirlərin təşkili, iştirakçıların tədbirlərə cəlb edilməsi;
- Hədəf ərazidə xidmət sahələrinin araşdırılması və xəritələşdirilməsi;
- İcma pasportlarının (məlumatlarının), İcma Əsasnamələrinin və s. icma sənədlərinin hazırlanmasında İİŞ-yə dəstək vermək;
- İcmada ehtiyacların müəyyənləşdirilməsi, təhlili və ilkin layihə təkliflərinin hazırlanması prosesinə fasilitatorluq etmək;
- İcmada həyata keçiriləcək mikrolayihələrin icrasına nəzarət və açılış tədbirlərinin təşkili;
- Hədəf icmalarda icma Mərkəzlərinin yaradılmasına dəstək;
- Layihə fəaliyyətlərinin sənədləşdirilməsi;
- Usta Yanında Şagird Hazırlığı üzrə mütəxəssis üçün:
- Hədəf icmalarda İİŞ və icma görüşlərinin təşkili, layihə və UYŞH üzrə peşə kursları barədə məlumatların verilməsi;
- Hər bir hədəf icmada UYŞH üzrə əlaqələndirici şəxsin müəyyənləşdirilməsi;
- Hədəf ərazidə peşə və xidmət sahələrinin araşdırılması, sorğuların aparılması, təhlili və məlumat bazasının yaradılması;
- Hədəf icmalarda peşə hazırlıq kurslarına müracət etmiş gənclər və onların valideynləri ilə görüşlərin təşkili;
- Peşə hazırlıq kurslarına müracət etmiş gənclərlə fərdi müsahibələrin aparılması, təhlili;
- Peşə hazırlıq kursuna cəlb edilməsi üçün gənclərin seçim komitəsinin iclasının təşkili, seçim prosesinin təşkili, yekun seçimin aparılması;
- Seçilmiş gənclərin müraciətinə uyğun peşə sahələrinin araşdırılması və ustaların seçimi;
- Peşə sahələri üzrə tədris və icra planlarının ustalarla birgə hazırlanması;
- Peşə sahələrinin ehtiyaclarının müəyyənləşdirilməsi, sahələrdə material və ləvazimatlardan istifadəyə nəzarət, ustaların işinin və müdavimlərin davamiyyətinin həftəlik monitorinqi;
- Peşə kurslarına cəlb edilmiş müdavimlərin və icma sahibkarlarının biznes təlimlərinə cəlb edilməsi;
- Peşə kurslarının müvəffəqiyyətlə bitirmiş gənclərə sertifikatların təqdimat mərasiminin təşkili;
- Peşə kurslarını bitirmiş gənclərə biznes plan hazırlanmasında dəstək;
- Möhkəm başlanğıclı İqtisadi Layihələr üzrə (MBİL) qrant verilməsi prosesinin təşkili;
- MBİL vasitəsilə yeni yaradılmış biznes sahələrinin monitorinqi;
MÜRACİƏT
- Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 05 fevral 2023-cü il tarixinədək office@umid-sid.az elektron ünvanına göndərə bilərlər.
- Müraciətdə vəzifə adını konkret şəkildə (məs: icma səfərbərçisi, UYŞH üzrə mütəxəssis) göstərməyiniz xahiş olunur.
- İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
- Əlavə məlumat üçün: 050 528 75 94 nömrəli telefona zəng vura bilərsiniz.