Mingəçevir Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21 fevral Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbir keçirilib.
Tədbir Ana dilimizin zənginliyinə və milli-mənəvi dəyərlərimizə həsr olunmuşdur.Tədbirin aparıcıları Elton Əliyev,Lətifə Əhmədzadə mərasimi açıq elan edərək qonaqları və iştirakçıları salamlayıblar.Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Toplantıda Mingəçevir şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Elşən Əliyev,Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü,politoloq İnqilab Şirinli və Qarabağ qazisi Pərviz Məmmədov çıxış edərək,Ana dilinin xalqın milli kimliyində,dövlətçilik ənənlərində və mənəvi irsinin qorunmasında mühüm rolundan bəhs ediblər.
Çıxışlarda vurğulanıb ki, Ana dili hər bir xalqın varlığında əsas sütun, milli yaddaşın daşıyıcısıdır və onun qorunması hər bir vətəndaşın müqəddəs borcudur.Bədii hissədə gənclər tərəfindən milli rəqslər təqdim edilib, mahnılar və ana dilinə həsr olunmuş şeirlər səsləndirilib.
Eyni zamanda Azərbaycan ədəbiyyatının nümunələri əsasında yaradılan musiqili komediya inciləri olan “Arşın mal alan” və” O olmasın bu olsun” əsərlərindən səhnəciklər təqdim olunub.Görkəmli satirik Mirzə Ələkbər Sabirin “Oxutmuram əl çəkin” şeiri gənclər tərəfindən səhnələşdirilib və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.Onlar səhnə nümunələri Ana dilimizin ifadə imkanlarını, zəngin üslub və bədii çalarlarını bir daha nümayiş etdiriblər.
Sonda tədbirin təşkilatçıları Elşən İsmayılzadə və Ləman Bəylərova çıxışlarında iştirakçılara təşəkkürlərini bildiriblər. Vurğulanıb ki, belə tədbirlərin gənclərin milli ruhda formalaşmasında mühüm əhəmiyyətə malikdir.Həmçinin Mingəçevir Gənclər Evi Sosial Xidmət Müəssisəsinin rəhbəri Eşqin Məmmədov adından bütün qonaqlara və tədbir iştirakçılarına minnətdarlıq ifadə olunub.
Müəlliflər:Ləman Bəylərova