Mingəçevirin bu məktəblisini siz də tanıyın-FOTOLAR

Mingəçevir məktəblisi buraxılış imtahanında maksimum nəticə göstərib.

Arelin 7-də Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta təhsil səviyyəsi üzrə (IX illik) keçirilmiş buraxılış imtahanlarının nəticələrinə əsasən, Mingəçevir şəhər Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyin IX sinif şagirdi Xəlilli Aylin Elşən qızı 300 bal toplayıb.

Mərkəzi Aran Regional Təhsil İdarəsi yüksək nəticə göstərən şagirdimizi təbrik edir, ona uğurlar arzulayır.