Mingəçevirdəki bu uşaq bağçasında niyə işıq yoxdur?-FOTOLAR

“Mingəçevirdə 16 saylı körpələr evi-uşaq bağçasında bir aya yaxındır, bağçada işıq yanmır”- valideyinlər həyacan təbili çalır!
Bu barədə bağçanın valideyinləri Kanal 32.az-a  müraciət ediblər. Onlar bildirib ki, uşaqlar hər gün qaranlıq otaqda oturur.
Valideyin Aytən Əsədova: “Uşaqların çay və yemək yeməsi üçün qızdırıcı yoxdur. Belə olan halda uşaqlarımızı bağçaya qoymağa çətinlik çəkirik. Problem artıq 1 aydan çoxdur, davam edir. Biz bununla bağlı aidiyyəti qurumlara müraciətlər də etmişik. Ancaq hələ ki, heç bir nəticə yoxdur”.
Digər bir valideyin, nənə Elza Xəlilova deyir ki,evdən uşaqlar üçün termoslarda isti su daşıyırıq:”Bağçada qızdırıcılar elektirik naqilləri ilə işlədiyindən yenək,çay qoymaq problemə çevrilib.Həmdə uşaqlar qaranlıqdan qorxur. Xahiş edirik aidiyyəti qurumlar problemlə maraqlansınlar”.
Mövcud problemlələ bağlı Mərkəzi-Aran Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan saytımıza cavab olaraq bildirildi ki, sözügedən bağçada elektrik təchizatı ilə bağlı yaranmış vəziyyətlə bağlı məlumat daxil olan kimi müəssisəyə yerində baxış keçirilib: “Mövcud vəziyyət Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən araşdırılıb. Bildiririk ki, cərəyan blokunda yaranmış nasazlıq elektrik təchizatında fasilələrə səbəb olub. Məsələ ilə bağlı aidiyyəti quruma məlumat verilib. Hazırda məsələnin həlli istiqamətində müvafiq addımlar atılır, məktəbəqədər təhsil müəssisəsinə mütəxəssislər cəlb edilib. Bərpa işləri sürətləndirilib”.
   
Esmira Hidayətova,
Mingəçevir
Mingəçevirdəki bu uşaq bağçasında niyə işıq yoxdur?-FOTOLAR