Mingəçevirdəki bu məktəb iki tarixi günün belə qeyd etdi-FOTOLAR

İsmət Qayıbov adına Mingəçevir şəhər 10 №-li tam oret məktəbin (Rus bölməsi üzrə təhsil alan) 2 D sinfinin iştirakı və sinif rəhbəri Aytən Əliyevanın təşkilatçılığı ilə 28 May Respublika Günü və Şuşa ilinə həsr olunmuş tədbir keçirilib.

Kanal32.az-ın məlumatına görə, tədbirdə Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri, Vətən müharibəsi qaziləri, Gənc Qazilər İctimai Birliyinin Mingəçevir təşkilatının üzvləri və Təhsil şöbəsinin rəsmiləri  iştirak edib. Tədbirdə müxtəlif mahnılar, rəqslərlə yanaşı 44 günlük Vətən Müharibəsində şəhadətə qovuşmuş şəhidlərimizə həsr olunmuş kompozisiyalar nümayiş olunub.

Məktəbin direktoru Mehriban Mehdiyeva, şəhid ailələri və Vətən Müharibəsi qaziləri çıxış edərək tədbiri təşkil edən ibtidai sinif müəlliminə və 2-ci sinfin vətənpərvər şagirdlərinə gözəl çıxışları, şagirdlərini milli ruhda yetişdirdiyi üçün minnətdarlığını ifadə edib.

Sonda Aytən Əliyeva çıxış edərək,öz şagirdlərini vətənpərvərlik ruhunda tərbiyə etməyin əhəmiyyətindən danışıb. Qeyd edib ki, gələcəyə əsil vətənsevər, milli dəyərlərinə bağlı şəxsiyyət yetişdirmək hər bir pedaqoqun borcudur. Yetişən nəsli bu qədər vətənsevər, milli dəyərlərinə bağlı görəndə insanın bu vətən üçün dəfələrlə can alıb, can verməyi gəlir. Yetər ki,bu körpələr azad, bütöv Azərbaycanda, Qarabağda yaşayıb, yaratsınlar.

Kanal32.az