Mingəçevirdə yarımçıq qalmış kanailzasiya sisteminin çəkilişi davam etdiriləcək,yoxsa…?-FOTOLAR

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü  M.Maqomayev küçəsindəki 77 saylı binanın qarşısında keçirilib.

M.Maqomayev, Ü.Hacıbəyov, R.Rza küçələrindəki yaşayış binalarının sakinlərinin dəvət olunduğu görüşdə İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi Ədalət Əliyev, Mingəçevir Bələdiyəsinin sədri, idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri iştirak ediblər.

Görüşü açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionlarda aparılan tikinti quruculuq işlərindən söz açaraq bildirib ki, Mingəçevirdə abadlıq-quruculuq işlərinin sahəsi genişlənir. İcra Hakimiyyətinin tədbirlər planına müvafiq olaraq şəhərin bütün ərazilərində, yaşayış massivlərində, istirahət məskənlərində əsaslı təmir, abadlıq və quruculuq işləri aparılmaqdadır. Abadlıq-quruculuq işləri çərçivəsindıə çoxmənzilli yaşayış binalarında əhalinin ümumi istifadə etdikləri giriş blokları təmir olunur, seyf qapıları və plastik pəncərə çərçivələri qoyulur, fasad hissələri rənglənir.

Layihələr çərçivəsində işqlanma nöqtələrinin sayı artırılacaq, bir çox küçə və dalanlarda asfaltlanma işləri aparılacaq, yarımçıq qalmış kanailzasiya sisteminin çəkilişi davam etdiriləcəkdir. Vətəndaşların istirahəti üçün yaradılan parklarda, istirahət məskənlərində yaşıllıq zolaqlarının genişlənməsi və suvarıəlması, şəhərin təmizliyinin qorunması da daim diqqət mərkəzində saxlanılır. İnsanların məşğulluğunun təmin edilməsi məqsədilə sahibkar layihələrinə dəstək göstərildiyi də vurğulanıb.

Çıxış edən sakinlər həyata keçirilən quruculuq işlərinə ğörə ölkə prezidentinə minnətdarlıq etdilər. Problemlərdən danışan qeyd olundu ki, bəzi binalarda zirzəmilərin su ilə dolu olması üfunət qoxusu yaradır və bu da insanların sağlamlığı üçün təhlükə yaradır, kanalizasiya xəttinin çəkilişi zamanı yaranan problem, yağışlı günlərdən sonra dəniz yolunda yaranan çalalar gediş gəlişdə çətinlik yaradır, oturacaq azdır, bəzi dalanlarda işıqlanma yoxdur, bəzi binaların bloklarında problem var, qurumuş ağaclar budanmalıdır və s.

Sakinlərin söylədikləri problemlərə münasibətini bildirən və aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlarını verən İcra Hakimiyyətinin başçısı İlham İsmayılov vətəndaşları narahat edən problemlərin həllinin nəzarətə götürülməklə tezliklə müsbət nəticələrin əldə olunacağını bildirib.

Esmira Hidayətova

Kanal32.az