Mingəçevirdə Valideyn Forumu keçirilib-FOTOLAR

Mingəçevir şəhər Təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin valideyn komitə sədrlərinin iştirakı ilə forum baş tutub.

Forumda sektor müdiri Sevinc Həsənova, sektor əməkdaşları ,məktəb direktorları və valideynlər iştirak ediblər.

Kanal32.az xəbər verir ki, forum dövlət himnimizin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.Forumun əsas məqsədi valideyn-məktəb əlaqələrinin genişləndirilməsi, bu sahənin daha da möhkəmlənməsinə xidmət edirdi. Çıxış edən sektor müdiri Sevinc Həsənova şagirdlərin şəxsiyyət kimi formalaşmasında sağlam psixoloji mühitin, təlim tərbiyənin ,təhsilin inkişafında müəllim və valideyn faktorunun xüsusi rolunu qeyd edərək , məktəb-valideyn- şagird üçbucağının möhkəmləndirilməsi gələcək daha böyük uğurların əsasını təşkil edir deyərək qeyd edib.

Daha sonra təhsildə son üç ildə qazanılan uğurlar, Respublika Fənn Olimpiadası,Respublika Fənn Müsabiqəsi ,Lütfizadə adına riyaziyyat- məntiq olimpiadasının ,Ən yaxşı təqdimat müsabiqəsi və digər müsabiqələrdə əldə edilən uğurlar müqayisəli formada valideynlərin diqqətinə çatdırıldı. Məktəblərin IV və VI sinif beynəlxalq qiymətləndirmə nəticələri, IX və XI sinif buraxılış imtahanlarının nəticələrinin müqayisəli təhlili təqdim olundu . Təqdimatdan sonra təhsil sektoru və məktəb direktorları tərəfindən aparılan vətəndaş qəbulu qarşıya çıxan problemlərin həlli istiqamətində əsas rola malik olduğu valideynlərin nəzərinə çatdırılıb.

Valideynlər maraqlı təkliflərlə çıxış ediblər, daha sonra onları maraqlandıran suallar sektor müdiri Sevinc Həsənova tərəfindən cavablandırıldı. Hər biri bir istedad olan şagirdlərimizin parlaq sabahı ,hər bir valideynin ən böyük arzusu və həyat uğurudur . Başlayacaq hər günün daha böyük uğurlara vəsilə olması diləyi ilə şagirdlərimizə uğurlar arzulayırıq!

Esmira Hidayətova