Mingəçevirdə şair “Moşu Göyəzənli”nin 80 illik yubileyi keçirilib-FOTOLAR

“Xalqın şairi”nin “xoşbaxtlığ”ı və ya Xalq Artisti Valeh Kərimovun 80 illik ömür yolu maraqlı anlarla yadda qaldı.

Milyonlarla tamaşaçının sevimlisinə çevrilmiş,Azərbaycan Respublikasının Xalq artisti, prezidentin fərdi təqaüdçüsü, Mingəçəvir Dövlət Dram Teatrının quruluşçu rejissoru Valeh Kərimovun 80- illik yubileyi münasibətilə Mingəçevir Dövlət Dram Teatrında mərasim təşkil olunub.

Tədbirdə Mingəçevir şəhər İcra hakimiyyətinin başçısı İlham İsmayılov,MDU –rektoru Şahin Bayramov, Azərbaycan Akademik Milli Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı ,Gəncə Dövlət Dram Teatrı, Gəncə Kukla Teatrı, Qazax Dövlət Dram Teatrı, Şəki Dövlət Dram Teatrı, Bakı- Uşaq və Gənclər Teatrının rəhbərləri,aktyorları iştirak ediblər. Yubliyarı İlham İsmayılov, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov,yubliyarın sənət dostları, teatrşünas Anar Ərtoğrul Burcəliyev çıxış edərək təbrik edib,ona yaradıcılıq uğurları və can sağlığı arzulayıblar.

Eyni zamanda yubliyara hədiyyələr, fəxri fərmanlar təqdim olunub. Onu da qeyd edək ki,yekun tədbirin ssenari müəllifi yazıçı Elçin Məhərrəmliyə, quruluşu isə baş rejissor Vüsal Mehrəliyevə aiddir. Proyektin ideya rəhbəri və aparıcısı Azərbaycan Respublikasının Əməkdar artisti İntiqam Soltandır .

Onu da qeyd edək ki,01-06 aprel tarixlərdə teatrda “Valeh Kərimov həftəsi” keçirilib . Aprel ayının 1- dən başlayaraq 5- nə kimi hər gün Valeh Kərimovun quruluş verdiyi tamaşalar nümayiş olunub.

Biz də arzu edirik ki, şair “Moşu” bu sənət xoşbəxtliyini hələ uzun illər davam etdirsin!

Esmira Hidayətova,

Mingəçevir