Mingəçevirdə qaliblər belə mükafatlandırıldı-FOTOLAR

Dekabrın 21-də Heydər Əliyev Mərkəzində Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində müxtəlif nominasiyalar üzrə keçirilən yaradıcılıq festivallarnın, müsabiqələrinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq-mühafizə orqanlarının rəhbələri, ictimaiyyət nümayəndələri tədbir öncəsi ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.

Tədbir Heydər Əliyev Mərkəzinin foyesində şəhər məktəblilərinin əl işlərindən ibarət sərgiyə baxışla başladı. Uşaq-gənclər inkişaf mərkəzinin təşkilatçılığı ilə hazırlanan sərgi böyük marağa səbəb oldu. Təqdimat mərsimində qeyd olundu ki, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan rəsm əsərləri və əl işləri uşaqların və gənclərin ümummilli liderə ehtiram və məhəbbətinin rəmzləridir.

Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iştirakçılar qarşısında çıxış edərək bildirdi ki, 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasından sonra şəhərimizdə müxtəlif səpgili tədbilər həyata keçirilib. Bu günədək 280-dən çox tədbirin həyata keçirildiyini diqqətə çatdıran icra başçısı bu tədbirlərin beynəlxlq və ümumrespublika əhəmiyyətli olduğunu da nəzərə çatdırdı. Mingəçevirlilərin “Heydər Əliyev İli” çərçivəsində hər bir təşəbbüsünü təqdirəlayiq hesab edıb.

Şəhərin idarə, müəsssiə və təşkilatlarında keçirilən tədbirləri, o cümlədən Mingəçevir Dövlət Universitetinin təşkiltşılığı ilə ulu öndərə həsr olunmuş beynəlxalq elmi konfransları xüsusilə vurğuladı. Bu tədbirlər içərisində uşaq-gənclərin müxtəlif nominasiyalar üzrə fərqlənmələrini yüksək dəyərləndirdi.

Mirasımdi Ulu öndərə həsr olunmuş idman yarışları, şeir, inşa müsabiqələrində qalib adı alaraq şəhərimizə mükafatlar gətirən gəncləri xüsusilə dəyərləndirdi.

Qaliblərə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov diplom və kuboklar təqdim edərək bir daha təbriklərini çatdırdı.

 

  

   

Esmira Hidayətova