Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü aprel ayının 23-də keçirilib.
Mingəçevir Bələdiyyəsinin akt zalında keçirilən görüşdə İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, Bələdiyyənin nümayəndəsi, idarə və müəssisələrin rəhbərləri, sakinlər və mətbuat işçiləri iştirak ediblər.
Görüşü açan İlham İsmayılov Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq ölkəmizin hər bir bölgəsində olduğu kimi Mingəçevirdə də aparılan geniş quruculuq işləri barədə məlumat verdi.
Çıxış edən sakinlər ərazilərə oturacaq və kölgəliyin qoyulması, qurumuş ağacların budanması, zirzəmilərdə olan çirkab suların təmizlənməsi, kanalizasiya xəttinin yenidən qurulması zamanı yol verilən nöqsanlar, bəzi ərazilərdə işıqlanma sisteminin zəifliyi, elektrik dirəyinin yerləşdirilməsi, işlə təminat barədə müraciətlər ediblər.
Görüşün sonunda şəhər rəhbəri müvafiq müəssisə rəhbərlərinə tapşırıqlarını verib. Qeyd olunan problemləri nəzarətə götürərək həllini təmin etməyi tapşırıb.