Mingəçevirdə növbəti dəfə Şəhid bulağının…-FOTOLAR

Mingəçevirdə Şəhidin adının əbədiləşməsi üçün xatirə lövhəsi və ya xatirə bulağının açılış mərasimləri həyata keçirilir.

 

Daha bir şəhidin adının əbədiləşməsi üçün yaşadığı binanın üzərində xatirə lövhəsinin açılışı olub.Açılışı olan xatirə lövhəsinin şəhidi Etibar Aleksandr oğlu Mahmudov Etibar Aleksandr oğlu Mahmudov 2 aprel 1987-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1994-ci ildə Mingəçevir şəhər 16 nömrəli məktəbin birinci sinfinə qəbul olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhididir.
Tanıyanların dediyinə görə,Etibar çox zəhmətkeş bir övlad olub. Atası uşaq yaşlarında vəfat etdiyindən 2000-ci ildə təhsilini yarımçıq qoyub işləməyə başlayıb.Ailə çoxuşaqlı(5) olduğuna görə bütün qayğıları öz üzərinə götürən Etibar əlindən gələn köməyi göstərib.2006-cı ildə həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmət zamanı əldə etdiyi nailiyyətlərə görə Mərkəzi Hərbi Klinik Hospitalın rəisi polkovnik tərəfindən Fəxri Fərmanla təltif edilmişdir. Hərbi xidmət müddəti bitdikdən sonra Etibar Mahmudov mülki şəxs olaraq fəaliyyət göstərib.

 

Şəhidin anası Əsmayə xanım deyib ki,bu xatirə lövhəsi mənim üçün çox böyük önəm daşıyıq:”İndi həyətə düşəndə Etibarımın xatirə lövhəsini görəndə elə biləcəm ki,o,mənim yanımdadır. Bu mənə böyük təsəllidir.Xatirə lövhəsinin açılışında iştirak edən məktəbli şagirdlərin hər biri bir şəhidin adını daşıdıqlarını bildiriblər. Onlar şəhidlərimiz kimi mərd,qorxmaz,vətənpərvər bir igid olacaqlarına söz verdilər.Açılış mərasimində Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı, ehtiyatda olan zabit Seymur Hidayətov çıxış edərək şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılovun adından Şəhidin ailəsinə başsaglığı verib, ailəsinə və qohumlarına səbrlər diləyib.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olan Etibar Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq 28 oktyabr tarixindən iştirak edib. Cəbrayılın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Etibar Mahmudov 8 noyabr 2020-ci ildə Qubadlı istiqamətində döyüş tapşırığının yerinə yetirən zamanı şəhid olub. Mingəçevir Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və döyüş tapşırıqlarının icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il,24.12.2020-ci il,29.12.2020-ci il tarixli və sərəncamlarına əsasən Etibar Mahmudov ölümündən sonra “Vətən uğrunda”,Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında göstərdiyi şücaətə görə “Cəbrayılın azad olunmasına görə” ,həmçinin “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
/Mingəçevir Şəhər İcra Hakimiyyəti/