Mingəçevirdə ilk-Gənc müəllimlər and içdilər-FOTOLAR

Mingəçevirdə ilk dəfə işə qəbul edilən gənc müəllimlərin andiçmə mərasimi keçirilib.

Bu gün isə, qəbul olunan gənc müəllimlərlə Mingəçevir 13 saylı məktəbin akt zalında görüş olub. Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevir şəhər Təhsil Sektorunun təşkil etdiyi müəllimlərin and içmə mərasiminə həsr edilmiş yğığncaq keçirilib.

Gənc müəllimlər ulu öndərin abidəsini ziyarət ediblər. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra Mingəçevir təhsil sektorunun müdiri Sevinc Həsənova çıxış edərək    əmək fəaliyyətinə yenicə başlayan müəllimlərin qarşısında duran vəzifələrdən söz açıb. Ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından danışan sektor müdiri gənc müəllimləri təbrik edib, onlara məsul və şərəfli işlərində uğurlar arzulayıb.

Daha sonra yeni işə qəbul olan gənc müəllimlər onlara göstərilən diqqət və qayğıya, onlar üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Azərbaycan Respublikasının Dövlət Bayrağı altında təntənəli şəraitdə and icən gənc müəllimlər bu şərəfli adı həmişə uca tutacaqlarına söz veriblər.

Tədbirdə gənc müəllimləri təbrik edən Əməkdar müəllim,filologiya üzrə fəlsəfə doktoru,professor,MDU-nun alimi Mayıl İsmayılov öz çıxışında müəllimlik peşəsinin nə qədər şərəfli olduğunu vurğulayıb və gənc müəllimlərə  bu adı hər zaman uca tutmağı tövsiyyə edib.

Sonda xatirə şəkilləri çəkilib.