Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatı partiyanın yaranmasının 31-ci ildönümü münasibəti ilə ağacəkmə aksiyası keçirib.
Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 31 illik yubileyi ilə bağlı keçirilən ağacəkmə aksiyasından öncə Ulu öndərin abidəsi ziyarət olunub.
YAP Mingəçevir şəhər təşkilatı tərəfindən həyata keçirilən aksiyada şəhərin icra başçısı İlham İsmayılov,hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Mingəçevir təşkilatının sədri Bəxtiyar Mustafayev,təhsil sektoru, ərazi partiya təşkilat sədrləri, YAP Mingəçevir şəhər təşkilatının əməkdaşları, könüllüləri, yaşıllaşdırma idarəsinin işçiləri, partiya fəalları və ümumilikdə 150 nəfər iştirak edib. Mingəçevir şəhər Ş.İ.Xətai küç.2 və 4 küçəsində keçirilən aksiyada 100-ə yaxın sərv və şam ağacları əkilib.
Esmira Hidayətova,
Mingəçevir