Mingəçevirdə Gənclər Günü ilə bağlı geniş tərkibdə görüş keçirilib-FOTOLAR

2 fevral Gənclər Günü münasibəti ilə Mingəçevir şəhər İcra Hakimiyyəti və Gənclər və İdman Nazirliyinin Mərkəzi Aran Regional Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Mingəçevir şəhər Gənclər Evində tədbir keçirilib.

Kanal32.az-ın məlumatına görə tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısanda ucalqılmış Heydər Əliyevin abidəsi önünə gül çiçək dəstələri qoyaraq ehtiramlarını bildiriblər. “Azərbaycan gəncləri yeni zirvələrə doğru” adlı tədbirdə şəhər icra hakimiyyətinin mıəsul şəxsləri, YAP şəhər təşkilatının təhbərliyi və gənc fəalları, Mingəçevir Dövlət Universitetinin, Tibb və Turizm kolleclərinin müəllim və tələbələri, idarə və müəssislərdə çalışan gənclər, mətbuat nümayəndələri iştirak ediblər.

İştirakçılar  torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin və Ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra ötən il Gənclər Paytaxtı seçilən Mingəçevirdə həyata keçirilən tədbirlərlə bağlı videoçarx nümayiş olunub. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışaraq bildirmişdir ki, ötən əsrin doxsanıncı illərində iflic vəziyyətinə düşmüş Azərbaycanda baş verən anarxiyanın qarşısının alınması üçün xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin xidmətləri əvəzsizdir. Əgər həmin vaxt ulu öndər hakimiyyətə gəlməsə idi Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Bir tərəfdən xarici düşmən torpaqlarımızda işğalçılıq siyasəti aparır, digər tərəfdən isə daxildə vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Dövlətimizi bütün təhlükələrdən xilas edən ulu öndər həmin vaxt Gənclərə xüsusi qayğı ilə yanaşır, onlara güvənirdi.

Gənclər və İdman Nazirliyinin yaradılması, gənclər siyasətinin həyata keçirilməsinin başlanğıcı məhz həmin illərə təsadüf edir. Ulu öndərin sərəncamı ilə Gənclər gününün təsis edilməsi gənclərə göstərilən xüsusi diqqətin bariz nümunəsidir. Bu siyasəti uğurla davam etdirən prezidentimiz cənab İlham Əliyev də gənclərin təhsilinə, fiziki sağlamlığının qorunmasına, ölkənin idarə olunmasında yüksək vəzifələrə irəli çəkilməsinə önəm verir.

Təsadüfi deyil ki, bu gün ölkəmizin bir sıra idarə, müəssisə və təşkilatlarında, təhsil sektorunda gənclər yüksək vəzifələr tutaraq layiqincə xidmət göstərirlər. Gənclərimizin vətənpərvərlik tərbiyəsinin nəticəsidir ki, 44 günlük Vətən müharibəsində döyüşlərə qatılan gənclərimiz rəşadətlər göstərmiş, vətən torpaqlarının düşmən tapdağından azad olunmasında, böyük Zəfərin əldə edilməsində qəhrəmanlıq nümunəsi göstərmişlər. Gənclər Günü münasibərti ilə iştirakçılara təbriklərini çatdıran şəhər rəhbəri xoş arzularını bildirmişdir.

Çıxış edən Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Gənclər Evinin müdiri Tural Kərimli, MDU-nun dekanı Nizami Zeynalov, İşıqlı Gələcək gənclər birliyinin sədri Samrin Xanlayev, Asan Xidmət Sosial Xidmət müəssisəsinin direktor müavini Elşən Əliyev, baş məsləhətçi Aysel Aslanova təbriklərini çatdırıblar.2015-2025-ci illərə dair Azərbaycan gənclərinin inkişaf strategiyasından söz açaraq ölkəmzidə həyata keçirilən tədbirlər haqqında fikirlərini söyləyiblər.

   

Tədbirdə bir qrup gənc şəhər İcra hakimiyyətinin fərxi fərmanları, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin və Gənclər Evinin təşəkkürnaməsi ilə təltif edilib.

 

  

Esmira Hidayətova