5 yanvar 2023-cü il tarixində Gənclərin Fərdi Layihələr 13-cü Qrant Müsabiqəsində qalib gələn Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Gənclər Təşkilatının (TGT) sədri Pənah Kərimovun “Tələbə Təşəbbüsü” istiqaməti üzrə müəllifi olduğu Create Yourshelf (Özünü Yarat) layihəsinin açılış mərasimi keçirilib.
Mərasimdə layihə rəhbəri P. Kərimov Gənclər fondunun 13-cü qrant müsabiqəsinin nəticəsinə əsasən fondun maliyyələşdirdiyi layihənin həyata keçirildiyini qeyd edib, bunun üçün fondun rəhbərliyinə öz minnətdarlığını ifadə edib.
Sosial fəaliyyətlərində yaranan məhtudiyyətlərin günümüzün gənclərinin qarşılaşdığı problem olduğunu bildirən layihə rəhbəri tələbələrin dərs zamanı auditoriya qarşısında həyəcanlanması, tutulması, təqdimatını düzgün apara bilməməsinə səbəb olan bu kimi problemlərin aradan qaldırılması üçün Create Yourshelf layihəsinin yaratdığı imkanlardan danışıb və layihənin gedişatında gözlənilən nəticələrdən danışıb.
Mingəçevir “Medya Mərkəzi”ndə baş tutan tədbirdə çıxış edən mərkəzin rəhbəri “Mİ-NEWS” saytının təsisçisi və “Mingəçevir Valideyinlər Assosasiyası İctimai Birliyinin” rəhbəri Fərman Nəbiyev gənc tələbələrin özünü inkişaf etdirmək təşəbbüsünü yüksək qiymətləndirib. Layihənin aktuallığının günümüzün gənclərinin ciddi problemlərindən bəhs etdiyini vurğulayan F. Nəbiyev layihəyə və iştirakçılara uğurlar arzu edib.
“Kanal32” Media Şəbəkəsinin rəhbəri, EL Televiziya şirkətinin “ZamAnında” proqramın aparıcısı və Baş redaktoru İnqilab Şirinli çıxışı zamanı gənc nəslin nitq problemlərindən, özünü ifadəetmə bacarıqlarının formalaşmamasından danışıb. sözügedən layihənin tələbələrin ictimai fəaliyyəti ilə yanaşı sosial biliklərinin artırılmasınada öz töhfəsini verəcəyinə əminliyini ifadə edib və uğurlar arzulayıb.
Gənclər və Təhsil layihələri üzrə ekspert Etiram Sadıqzadə gənclərin mobil asılılıqdan qurtulmaq, bədii kitablardan söz ehtiyatı toplamaq qabiliyyətlərini inkişaf etdirmək üçün sözügedən layihəyə qoşulmağının vacibliyindən bəhs edib. Create Yourself layihəsinin tələbələrin nitq inkişafınıda artıracağına əminliyini bildirib.
MDU-nin Karyera və İnkişaf Mərkəzinin (KİM) əməkdaşı İlhamə Məmmədova tələbələrin mobil telefondan asılılığının onların sosial fəaliyyətində böyük məhtudiyyətlər yaratdığını, yaşadıqları şəhər və ətraf rayonların ictimai –sosial həyatında passivliyin də, bu kimi problemlərin nəticəsində yarandığını vurğulayaraq, layihənin gənclərin inkişafına öz töhfəsini verəcəyini bildirirb.
MDU-nun Fizika və Ekologiya kafedrasının müəllimi Şəbnəm İslamova tələbələrin bəzən elmi seminarlarda çıxış etməkdən çəkindiklərini, kütlə qarşısında gizlənməyi üstün tutduqlarını qeyd edib. Bununla yanaşı könüllülük fəaliyyətinin azalması, və digər məsələlərə toxunaraq layihənin gedişatının tələbələrdə yüksək stimul yaradacağını qeyd edib.
Tədbirdə iştirak edən tələbələrin fikir və düşüncələri dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. keçiriləcək təlimlər haqqında layihə rəhbəri tədbir iştirakçılarına ətraflı məlumat verərək yaranan sualları cavablandırıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər Fondu 7-27 iyul – 2022-ci il tarixlərində həyata keçirdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsi üçün layihə qəbulu həyata keçirib. Fondun Müşahidə Şurasının qərarına əsasən yerli layihələr üzrə 178 layihənin dəstəklənməsi məqsədəuyğun hesab edilib. “Tələbə Təşəbbüsü” istiqaməti üzrə Create Yourself layihəsi dəstəklənən layihələr sırasındadır.
Aynur Araz