Mingəçevirdə bir qrup gənc Balıq zavoduna ekskursiya edib-FOTOLAR

Mingəçevir Gənclər Evi Sosial Xidmət Müəssiəsinin əməkdaşları və könüllü gənclər istehsalat sahələri ilə yaxından tanışlıq məqsədilə Mingəçevirdə fəaliyyət göstərən Balıq zavoduna ekskursiya təşkil olunub.

Ekskursiya zamanı iştirakçılar zavodun iş prinsipi, İstehsalat mərhələləri və məhsulun hazırlanma prosesi ilə ətraflı şəkildə tanış olublar. Gənclərə müəssisənin fəaliyyəti haqqında geniş məlumat verilib. Bildirilib ki, zavodda balıqların qəbulu, çeşidlənməsi, təmizlənməsi, emalı və qablaşdırılması müasir avadanlıqlar vasitəsilə həyata keçirilir. İstehsalat prosesi gigeyenik qaydalara uyğun şəkildə qurulub və məhsulun keyfiyyətinə xüsusi nəzarət olunur.

Gənclər istehsalat sahəsini yaxından izləyib, onları maraqlandıran suallara cavab alıblar. Bu görüş onların sənaye və istehsalat sahələrinə marağını daha da artırıb. Eyni zamanda gələcək peşə seçimləri ilə bağlı düşüncələrinə stimul verib.

Müəllif: Elşən İsmayılov

Mingəçevirdə bir qrup gənc Balıq zavoduna ekskursiya edib-FOTOLAR