Mingəçevir şəhərinin “Günəşli” bağlar yaşayış massivindəki 12-ci küçədə yerləşən fərdi evlərdən birində baş verən güclü partlayış nəticəsində bir ev tamamilə yanıb, 17 evə isə müxtəlif səpkli ciddi ziyan dəyib.
Kanal32.az xəbər verir ki, şəhərdə fəaliyyət göstərən müvafiq qurumlar gün ərzində vətəndaşlara dəyən ziyanın miqyasının dəyərləndirilməsi ilə bağlı bir sıra tədbirlər görüblər.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tərəfindən Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinə zərər görən evlərin təcili yaşayış üçün yararlı vəziyyətə salınması üçün zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar verilib.
Mingəçevir Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi rəsmisi Şəhriyar Mustafayev “Kanal32”yə açıqlamasında bildirib ki, güclü yanğınla müşayət olan hadisədən dərhal sonra bütün imkanlar səfərbər olunub. Hətta bu saatlarda yaşayış və gecələmək üçün mümkün hesab edilən 4 evdə hazırda təcili ilkin təmir-bərpa işləri aparılır. Həyata keçirilən təbirlər davam etdiriləcək və hadisənin fəsadlarının aradan qaldırılması icra başçısının şəxsi nəzarəti altındadır.
Kanal32.az