Tanınmış aptekçi, iş adamı Bəxtiyar Səmədov tüfəngdən açılan atəş nəticəsində həyatını itirib.
Kanal32.az xəbər verir ki, hadisə Mingəçevir şəhərindəki Günəş küçəsində yerləşən fərdi təsərrüfatda baş verib.Belə ki,Mingəçevir şəhər sakini “Aptek Bəxtiyar” adı ilə tanınan 1952-ci il təvəllüdlü Bəxtiyar Səməd oğlu Səmədov naməlum şətaitdə tüfəngdən açılan atəşlə ağız nayihəsindən ağır yaralanıb. O, təcili Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mükün olmayıb.
Qeyd edək ki, Bəxtiyar Səmədov uzun illərdir özünəməxsus apteklər şəbəkəsinə sahib olub və adı müxtəlif vaxtlarda dərman sahəsi ilə bağlı qalmaqllarda hallanıb.
Hadisənin hansı şəraitdə və hansı səbəblərdən baş verməsi dəqiqləşdirilir.
Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda və Polis şöbəsində müvafiq qaydada araşdırma aparılır.