Mingəçevirdə 80 yaşlı Şəhid anasının arzusu reallaşacaqmı?-VİDEO+FOTO

MİNGƏÇEVİRDƏ ŞƏHİD AİLƏLƏRİ, QAZİLƏR VƏ MÜHARİBƏ İŞTİRAKÇILARI DİQQƏT və QAYĞI ƏHATƏLƏNİBLƏR.

Vətənimizin ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Torpaq uğrunda sağlamlıqlarını itirən Qarabağ əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır, şəhid ailələri və əlillərə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir. Qazilərimizin müalicəsi üçün reabilitasiya mərkəzləri var və lazım gələndə isə daha keyfyyətli müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər.Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bu qəbilədən olan insanlarla mütamadi olaraq maraqlanır.

Ancaq bəzi istəkləri,arzuları reallaşmayan Şəhid ailələri də var.80 yaşlı Tamara ana kimi …

Birinci Qarabağ müharibəsinin şəhidi İlyas Mayılovun anası 80 yaşlı Tamara ana ilə görüşdük.Ana bildirdi ki,indiyə qədər heç kimdən heç nə ummayıb. Çünki buna ehtiyacının olmadığını bildirib. Amma istəyir ki,onun da oğlundan bir xatirə qalsın. Bu onun arzusu olub.Həyətlərinin qarşısında övladının adına bir şəhid bulağının olmasını istəyir. Ananın istəyini sosial şəbəkələrdə paylaşdıq.

Buna dərhal reaksiya verən 54 saylı Mingəçevir dairəsindən deputatlığa namizəd Tacəddin Əyyubov ana ilə görüşüb, onun problemlərini dinləyib.Yeni namizəd ana ilə bərabər şəhidlər xiyabanında rəmzi qəbri olan şəhidin məzarını ziyarət ediblər.Şəhidlərə dualar oxunub.Tacəddin Əyyubov anaya onun istəyini yerinə yetirəcəyinə söz verib.

Onu da qeyd edək ki,şəhid İlyas Mayılovun həyat yoldaşı Mayılova Nahibə Cahangir qızına və iki övladları dövlət tərəfində diqqət və qayğı göstərilir. Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən ildə 4 dəfə ailəyə yardımlar olunur. Son bir neçə ildə isə cəmiyyət tərəfindən də ailəyə yardım göstərilib.

Esmira Hidayətova

Kanal32.az

Mingəçevirdə 80 yaşlı Şəhid anasının arzusu reallaşacaqmı?-VİDEO+FOTO